18 Sentyabr 2026, Cümə
VI turun hakim təyinatları açıqlandı
“Şahdağ Qusar” zirvədə
Elvin Camalov “Qəbələ”yə qayıtdı
"Neftçi" 1000-ci oyununa çıxacaq

Ölkə futbolu

"Qarabağ" "Ferensvaroş"la oyunöncəsi azarkeşlərə müraciət edib

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə keçiriləcək “Ferensvaroş"la (Macarıstan) oyunla bağlı azarkeşlərə müraciət edib.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oyunu “Ferencváros Stadion"da izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər sabah saat 12:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq.

Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "Gate 4"də yerləşən E sektorunun qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti 11 avrodur. Azarkeşlər üçün "Ferencváros Stadion"da 1106 yer ayırılıb.

Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən şəxsiyyətini təsdiq edən sənəd üzərinizdə olmalıdır. Vauçerləri biletə dəyişmək üçün kassaların matçın start fitindən 2 saat öncə açılacağı bildirilib.

Qeyd edək ki, "Ferensvaroş" - "Qarabağ" oyunu avqustun 19-u saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30