Ölkə futbolu
Qurban Qurbanov: “Sabah bərk durmağı bacarmalıyıq”
“Çox vacib oyundur. Çünki rəqib də çox iddialıdır. Əvvəlki oyunları haqda da demişdim ki, istəklidirlər, döyüşkəndirlər. Buna görə də sabah ola bilər ki, çox güc sərf edək. Matça pis hazırlaşmamışıq. Çox intizamlı oynamağa çalışmalıyıq. Futbolçularla danışmışıq, Yaxşı, maraqlı oyun olacaq. Hər iki komanda ilk görüşün nəticəsinə görə, qalib gəlməyə qadirdir. Bizim bir balaca üstünlüyümüz var, irəlidəyik. Çox ciddi 90 dəqiqə keçirməliyik”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bakıda Şimali Makedoniyanın "Şkendiya" klubuna qarşı keçiriləcək matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, “Şkendiya” barədə düşüncələri dəyişməyib: “Əvvəl də demişdim ki, "Şkendiya" FKSB ilə iki oyunda qalib gələn komandadır. Hamı düşünürdü ki, FCSB qalib gələcək, Amma "Şkendiya" qələbə qazandı. Öz döyüşkənlikləri və xarakterləri ilə bunu bacardılar. Meydanda da şahid olduq. Sabah çox mobil komanda olmalıyıq, bərk durmağı bacarmalıyıq”.
Q.Qurbanov Kadi Borgesin ilk matçdakı intizamsız oyunu, qeyri-peşəkar davranışları fikri ilə razılaşmayıb: “Əslində, belə deyil. Futbolçularımın hamısı son vaxtlarda həm məşqdə, həm oyunlarda istəkli, intizamlıdırlar. Kadi daha çox texnikalı oyunçudur. Bəlkə də top itkilərinin çox olduğunu fikirləşirsiniz. Ancaq rəqibi də nəzərə almaq lazımdır. Son vaxtlarda Avropa futbolunda komandalara baxsaq, top itkiləri çoxalıb. Futbol fərqli olmağa başlayıb. Kadiyə verilən tapşırıq var idi. Topsuz oyunda, müdafiə planında, bəzi hücumların qurulmasında taktiki tapşırıqları düzgün yerinə yetirirdi. Texniki səhvlər qaçılmazdır, həmişə olacaq. Kadinin daha yaxşı olmaq potensialı var”.
O, Emmanuel Addainin qeyri-stabil rejimdə olması, qidasına fikir verməməsi barədə fikirlərə belə münasibət bildirib: “İstənilən futbolçunun hansısa çatışmayan cəhətləri var. Daha çox özündən asılı olmayan... İstər-istəməz gəldiyi vaxtla indiki arasında çox fərq var. Oyununda yox, işinə yanaşmasında belədir. Bizim istəklərimizi yerinə yetirməsində çox böyük dəyişiklik var. İnsan orqanizmi fərqlidir. O rejimdən bizim Azərbaycan mətbəxinə düşüb. Dünyanın ən ləzzətlisi Azərbaycan mətbəxidir. Həqiqətən elədir. O da gəlib, bu cür yeməkləri görür, yeməklərə həvəsli olur. Əvvəl də var idi. Kiçik cərimələr də etmişik onu yeməklə bağlı (gülür). Bəzi insanlar fərqli, həssas olurlar. Gözümüz onun yediyi yeməkdə deyil. Bəzi narazılıqlar olub. Amma son vaxtlar hər şey qadasındadır. Özüm də bu yolu keçmişəm. İnsan bir həftə-10 gün yaxşı rejimdə olanda, iştahı çoxalır, yaxşı yeməklər yemək istəyir. Dəyişiklik çox olub. Ciddi problem deyil. Çox şey yaxşılığa doğru gedir”.
“Qarabağ”ın baş məşqçisi adının “Spartak”la hallanması barədə qısaca deyib: “Xeyr, təklif olmayıb”.
“Şkendiya” ilə ilk matçda hansı mövqenin çıxışı sizi qane etmirdi?” sualını Qurbanov belə cavablandırıb: “Çox açıqlamağa ehtiyac yoxdur. Sadəcə bir az səliqəli oynamağımız daha yaxşı olardı. Sadə top itkiləri yaşadıq. Elə oyunçular elə top itkisisinə yol verir ki, bunu nadir hallarda edirlər”.
O, ilk matçda qapını qoruyan Mateuş Koxalskinin sabahkı görüşdə də start heyətində yer almaq ehtimalının çox olduğunu vurğulayıb: “Hər bir halda, bəzi dəyişikliklər etmişik”.
Təcrübəli mütəxəssis Andre Klovisin komandaya gələcəyi barədə yayılan xəbərlərə də toxunub: “Çox futbolçu var ki, transfer siyahımızdadır. Onlardan biri də Klovisdir. Hamısına baxılır, müzakirə olunur. Bu gün desək ki, sabah onu gətiririk, doğru olmaz. Belə məlumat yoxdur. Danışıq gedən futbolçular çoxdur”.
O, yeni transfer Joni Montielin hazırlıq durumunun yaxşı olmadığını söyləyib: “Bir az vaxt lazımdır. Universal oyunçudur. Mərkəz oyunçusudur, amma sağ cinah hücumçusu oynamaq bacarığı da var. Sadəcə bir az vaxt lazım olacaq. Rotasiyalar çox edirəm. Bir neçə oyundan sonra tam bərpa olacaq. Orta və sağ cinahda lazım ola bilər”.
Pley-off matçlarına qədər hücumçu məsələsini həll edəcəkləri barədə suala cavabında Qurbanov deyib: “Transfer siyasəti elədir ki, bazarda satılmır ki, pulu verib gətirəsən. Nə qədər hücumçu transfer etmişik. Bir o qədər də yanılmamışıq. Yaxşı oyunçu gətirməyin həm üstün tərəfi, həm də bizə zərbə vuran tərəfi var. 3-5 yaxşı oyun oynadı, təkliflər başlayır və oyunçunu itiririk. Onu komandadan gedəndə itirmirik, amma bizdə olanda itirirk. Hansısa kluba "yox" cavabı verəndə, futbolçunun əhvalı korlanır. Hücumçuları alıb, sonra satmışıq. Dino Ndolovunu, İbrahima Vadjini, Juninyonu satdıq, Mahir Emreli getdi. Bunun həm yaxşı tərəfi var, digər tərədən isə bizə mane olur. Kollektiv formalaşdırırsan, oyun üslubu qurursan. Sabah birdən-birə oyunçunun əhvalı pozulur, başlayıram problem yaşamağa. Nəinki tək hücumçu, həm orta xətt, həm sol-sağ vinger, həm müdafiə üçün də oyunçu axtarırıq. Bir hücumçu gətirməklə dayanmayacağıq. Elə addım atmaq istəyirik ki, oyunçu və bizim üçün tam faydalı olsun. Təzyiqlər çoxdur, hamı hücumçu gözləyir, istəyir. İllərdir ki, hər il bunun müzakirəsini görmüşük. Son vaxtlar Klovislı bağlı çox məlumatlar gedir. Bizdən asılı olmayan şeylər var. Tək bir oyunçunu düşünmürük, kollektivi, gedişatı düşünürük. Kənardan çox rahat görünə bilər, amma işin içində elə detallar var ki, onu da nəzərə almalıyıq. Burada nə üçün işləyirik? Sizləri, azarkeşləri sevindirmək üçün. Futbolçularıma da bəzən deyirəm ki, biz illərdir lider olmaq istəyirik, liderlər sırasındayıq. Hər komanda bunu saxlaya bilmir. O qədər ölkələrin çempionları var, çempion olur, sonra 13-14-cü yerdə olurlar. Böyük beşlikdə də belə hallar baş verir. Ronaldo getdi, ikinci Ronaldo nə vaxt tapdılar? Ya da, Messi. Liderlərin problemi öndə olur, həm də asan olmur. Əlimizdə olanı qoruyub-saxalamlıyıq ki, oyun sistemimiz pozulmasın, nəticələrimiz ən azından olduğu kimi qalsın. Kreativ oyunçu axtarmağa daha çox vaxt ayırmışıq. Juninyonun xətrini çox istəyirəm, xarakterlidir. İspaniyadan, Braziliyadan təklif gəldi, onu itirdik. Onu et, bunu et deyirdik, edə bilmirdi. İstəyirdi. Amma psixoloji məsələ idi. Azarkeşlərimizə bildirim ki, narahat olmasınlar, çalışırıq, bütün detallara fikir verərək, oyunçu götürürük. Elə nüanslar var ki, bir-birimizə mane olur. Axtarışdayıq. Transfer pəncərəsinin son gününə kimi işimizi davam etdirəcəyik”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- 19 illik rəqabətin növbəti hissəsi: “Turan Tovuz”un adı gənc futbolçularımız üçün motivasiyadır”
- Yaşar Seyidov: “Uşaq futbolunun inkişafı ilə bağlı dövlətin siyasi iradəsi ortada olmalıdır”
- Metyu: “Azarkeşlər rahat olsunlar, “Qarabağ”a qarşı bacardığımızın ən yaxşısını edəcəyik”
- “Neftçi”dən Azərbaycan çempionatları tarixində yeni rekord
- Cenk Sümer: “Azarkeşlərimiz rahat olsunlar, “Neftçi”də hamı işinə ciddi yanaşır”
- PFL liqalarda çıxış edən müharibə iştirakçılarını mükafatlandırır - FOTO
- Samir Abasovu niyə qınayırsınız ki...
- De Blekere Əliyar Ağayevin səhv qərar qəbul etdiyini açıqladı
- “Neftçi”nin müdafiəçisi: “Qarabağ”ın meydana hansı heyətlə çıxmasının bizə aidiyyəti yoxdur”
- Türkiyə mətbuatı: "Abubakarı əvvəl “Beşiktaş”a aparmışdı, indi “Neftçi”yə..."
- “Neftçi” “Qəbələ” önünə ciddi itki ilə çıxır
- Şəkil çəkdirmək, boğazdan yuxarı sözlər və ... sıfır
- İmad Faraj: “Bu, sizin fikrinizdir, mən son matçlarda yaxşı oynamışam”
- “Zirə” legioneri ilə yollarını ayırdı
- Azərbaycan çempionatında baş hakim zədələndi, onu xanım referi əvəzlədi
-
15:29
PFL II Liqada oktyabrın ən yaxşı qolunun müəllifini mükafatlandırıb
-
14:53
Azərbaycanın iki güləş hakimi birinci kateqoriyaya yüksəlib
-
14:31
Millimizin rəqibləri müəyyənləşdi
-
14:12
Sergen Yalçın əməliyyat olunub
-
13:46
“Araz-Naxçıvan”ın "Benfika" ilə cavab matçının vaxtı bilindi
-
13:07
Renat Dadaşov: “Təəssüf ki, daha artığına gücümüz çatmadı”
-
12:54
Azərbaycan klubu legioneri ilə yollarını ayırıb
-
12:25
"Neftçi" Samir Abasovla bağlı Apellyasiya Arbitraj Tribunalına müraciət etməyəcək
-
11:48
Şahruddin limiti ləğv edənləri “bombaladı”: “Vəziyyət daha da pisləşəcək, tunelin sonunda işıq görmürəm”
-
11:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:59
Cüdoçumuz Xorvatiyada qızıl medal qazanıb
-
10:23
DÇ-2026: 48 iştirakçıdan 32-si məlumdur
-
09:52
İtaliya Norveçə öz meydanında uduzdu
-
01:16
Millimizin Fransaya məğlubiyyəti VİDEO
-
00:00
Ayxan Abbasov: “Gənc futbolçuları milliyə göstəriş üçün dəvət etmirik”
-
23:17
Didye Deşamdan qələbə şərhi
-
22:51
Millimiz Fransaya uduzdu
-
20:24
Portuqaliya Ermənistanı 9 qolla darmadağın etdi
-
16:03
Cəbəllütariq - Azərbaycan oyununun hakimləri açıqlandı
-
15:15
Kamal Umudlu İngiltərənin oyununu idarə edəcək
-
14:48
Bakıya "Ayaks"ın iki minə yaxın azarkeşi gələcək
-
13:52
Juninyo 7 aylıq fasilədən sonra qol vurdu
-
12:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:36
Azərbaycan - Fransa matçında anşlaq olacaq
-
10:17
Türkiyə yığması Bolqarıstanı 2 qolla üstələdi VİDEO
-
20:28
U-19 millimiz yenə məğlub oldu
-
20:17
“Hücum etməyə çalışacağıq”
-
20:00
Elvin Bədəlov: “Fransa güclüdür, amma nəticə qazana biləcəyimizə inanırıq”
-
17:54
Didye Deşam: “Qələbə üçün əlimizdən gələni edəcəyik”
-
17:35
İbrahima Konate: “Nəticədən daha çox oyundan zövq almağa fokuslanmalısınız”
-
15:42
Qadın şahmatçılardan ibarət millimiz dünya çempionatında iştirak edəcək
-
14:29
Şəmkirin Bayramlı kəndində güləş zalı istifadəyə verilib VİDEO
-
14:00
Yaşar Seyidov: “Bu rəzil durumdan necə çıxaq?”
-
13:33
Millimizin Özbəkistanla oyununun başlama saatı dəyişdirilib
-
13:18
Bakı məktəbliləri arasında velosiped yarışı keçirilib
-
12:55
“Xorvatiyadan vətənə qayıtmaq fikrim yoxdur, əksinə, daha da irəli getmək istəyirəm”
-
12:41
AFFA nümayəndəsi UEFA-nın seminarında iştirak edib
-
11:24
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:37
Azərbaycan millisində növbəti itki
-
10:12
“Qarabağ”ın futbolçusu Cəbəllüratiq üzərində qələbəyə sevindi
-
09:46
DÇ-2026-nın 30-cu iştirakçısı müəyyənləşdi
-
18:53
AMADA avarçəkənlər üçün seminar təşkil edib
-
17:25
Cüdo üzrə Bakı şəhər çempionatının qalibləri məlum olub
-
17:12
Avropa Atletlərinin VIII Forumu və Assambleyası başa çatıb
-
16:48
Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri təyinat alıblar
-
16:31
Mbappe Bakıya gəlməyəcək
-
15:54
"Karvan-Yevlax" öz meydanına qayıdır
-
15:29
“Azərbaycan hakimliyi adına böyük uğurdur”
-
15:06
Azərbaycan - Fransa oyununun hakimləri müəyyənləşdi
-
14:47
Deşam Azərbaycanla oyunla bağlı nə dedi?
17.11.2025
16.11.2025
15.11.2025
14.11.2025























