4 Fevral 2026, Çərşənbə
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Ölkə futbolu

"Şkendiya"nın kapitanı: "Niyə də daha bir tarixi nəticə əldə etməyək?"

 “Qarabağ”la oyunlarda maksimum gücümüzü ortaya qoyacağıq. Biz özümüzə inanmalıyıq. Niyə də daha bir tarixi nəticə əldə etməyək ki?"

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində sabah "Qarabağ"ı qəbul edəcək "Şkendiya"nın kapitanı Besart İbrahimi deyib.

Qol və qollar vurmağa çalışacağını bildirən 38 yaşlı hücumçu hər şeyin özlərindən asılı olduğunu əlavə edib: "Məqsədimizin ardınca getmək bizə bağlıdır. Qollar vurmaq üçün var gücümlə çalışacağam. İndiyə qədər bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Ümid edirəm ki, onlar çərşənbə axşamı da bizim 12-ci oyunçumuz olacaqlar",

Qeyd edək ki, sabah keçiriləcək "Şkendiya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28