18 Sentyabr 2026, Cümə
VI turun hakim təyinatları açıqlandı
“Şahdağ Qusar” zirvədə
Elvin Camalov “Qəbələ”yə qayıtdı
"Neftçi" 1000-ci oyununa çıxacaq

Ölkə futbolu

“Qarabağ”ın pley-off-da potensial rəqibləri müəyyənləşdi

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, püşkatma zamanı Azərbaycan təmsilçisi “Qarabağ” da potensial rəqibini öyrənib.

“Qarabağ” üçüncü təsnifat mərhələsində Şimali Makedoniya çempionu “Şkendiya”nı mübarizədən kənarlaşdırsa, pley-offda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Təmsilçimiz ilk matçı səfərdə keçirəcək. 

Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək.

Xatırladaq ki, "Qarabağ" ötən il ÇL-in üçüncü təsnifat mərhələsində "Ludoqorets"lə qarşılaşıb. İlk matçda 1:2 hesabı ilə uduzan təmsilçimiz səfərdə rəqibini darmadağın (7:2) edərək mərhələ adlamışdı. 

“Ferentsvaroş”la isə Qurban Qurbanovun komandası 2022/23 mövsümündə üz-üzə gəlib. Çempion lar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçında Bakıda 1:1 hesabı qeydə alınsa da, səfərdə 3:1 hesablı qələbə qazanan təmsilçimiz mərhələ adlamışdı. 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30