8 May 2026, Cümə
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

Abdullazadə rəsmən “Varazdin”də

"Səbail"dən ayrılan Rüfət Abdullazadənin yeni klubu rəsmən açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi karyerasını "Varazdin"də (Xorvatiya) davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Varazdin" Rüfətlə 3 illik müqavilə imzalayıb.

Xatırladaq ki, son günlər Rüfət Abdullazadənin adı müxtəlif klublarla yanaşı çəkilsə də, “Səbail” rəhbərliyi alqışlanası addım ataraq daha çox pul qazanmağı yox, futbolçunun gələcəyini seçdi. Belə ki, istər yerli klublar, istərsə də ölkə xaricindən təklif göndərən aşağı liqa təmsilçiləri futbolçu üçün daha yüksək təzminat məbləği ödəməyə razı olsalar da, “Səbail” Xorvatiya klubunun yüksək liqada oynamasını, Abdullazadə üçün bu variantın daha perspektivli olmasını nəzərə alaraq, futbolçusunu daha aşağı məbləğdə satmağa razı olub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31