7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

“Neftçi” yeni ev formasını təqdim etdi: eksklüziv retro dizayn, əbədiyyət, Banişevski...

“Neftçi” 2025/26 mövsümünün ev formasını təqdim edib.

Futbolxeber.az saytının klubun mətbuatın xidmətinə istinadən verdiyi məlumata görə, “ağ-qaralar”ın zəngin tarixindən ilhamlanan retro dizayn nümunəsidir.

Formanın üzərində 2026-cı ilin fevralında 80 illik yubileyini qeyd edəcəyimiz klub əfsanəsi Anatoli Banişevskinin “İdeal futbolçu silueti” adlanan xüsusi təsviri yer alır. Köynəklər Banişevskinin də həlledici rollardan birini oynadığı 1966-cı il mövsümündəki formanın əsasında “Kappa” tərəfindən “Neftçi” üçün eksklüziv hazırlanıb.

Formanın arxa boyun hissəsinə işlənmiş xüsusi detal – 8 və 0 rəqəmlərinin incə birləşməsi həm 80 illik yubileyi, həm də əbədiyyəti simvolizə edir. Bu, klubun şanlı keçmişinə ehtiramın rəmzi olmaqla yanaşı, Banişevskinin “Neftçi” tarixindəki əhəmiyyətini bir daha xatırladır.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30