7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

“Neftçi” - “Hapoel” oyunu canlı yayımlanacaq

“Neftçi” iyulun 17-də Polşa təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.

Futbolxeber.az saytının məlumatına görə, “ağ-qaralar” Təl-Əvivin “Hapoel” klubu ilə qarşılaşacaq. Matçın başlanma saatı və keçiriləcəyi yer də artıq müəyyənləşib.

Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürəcək oyun Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunacaq.

Rəqib komandanın istəyinə əsasən görüş qapalı keçiriləcək. Matç “Neftçi TV” ilə canlı yayımlanacaq.

Qeyd edək ki, “Neftçi” digər sınaq matçlarında iyulun 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30