Ölkə futbolu
AFFA-nın qabaqdangəlmişliyi
Son 2-3 gündə Azərbaycan futbolunda gündəmi “Qəbələ” Akademiyasının fəaliyyətini məhdudlaşdırması (reallıqda isə fəaliyyətini dayandırması) zəbt edib. “Bakı”nın ardınca “Qəbələ” akademiyasının da dağılması onsuz da oyunçu sarıdan əziyyət çəkən Azərbaycan futboluna böyük zərbədir.
Təsadüfi deyil ki, son iki gündə istər mətbuatda, istərsə də sosial şəbəkələrdə bu məsələ geniş müzakirə olunur. Əksəriyyət də “Qəbələ” Akademiyasının fəaliyyətini dayandırmasına görə AFFA-nı günahlandırır.
Bəli, assosiasiyanın hansısa klubun akademiyasını maliyyələşdirmək kimi bir öhdəliyi yoxdur. Lakin iki vacib məqam var. Birincisi, ölkədə futbola cavabdeh qurum AFFA-dırsa, deməli, assosiasiya ölkənin 1 nömrəli akademiyasına dayaq durmalıdır. İkincisi də, AFFA milyonlarla pul xərcləyib strategiyanı nə üçün yazdırıb? Azərbaycan futbolunun inkişafı üçün. Bu halda ölkədəki yeganə normal akademiyanın fəaliyyətini dayandırmasına necə göz yummaq olar?
Təəssüf ki, AFFA “Qəbələ” Akademiyasına yardım etmək əvəzinə qabaqdangəlmişliyə başlayıb. Əvvəla, assosiasiya əməkdaşlıq etdiyi bəzi mətbuat orqanlarından xahiş edib ki, “Qəbələ” məsələsində onları müdafiə etsin. İkincisi də, AFFA ötən mövsüm üçün “Qəbələ”yə ayrılan 700 mini, yaxud kluba məxsus stadionlarda keçirilən təlim-məşq toplanışları üçün ödənilən 265 mini gözə soxur. Halbuki AFFA-nın sözügedən 700 mini “Qəbələ”yə, necə, nə vaxt ödədiyini çoxları bilir. Mətbuatda bu barədə yazılar dərc olunmasaydı, məsələ ictimailəşməsəydi, bəlkə heç bu günə qədər pul ödənilməmişdi.
İkincisi də, camaata nə minnət qoyursunuz, guya milli komandalar başqa yerdə toplanış keçsəydi, bu, AFFA-ya öpüşə başa gələcəkdi? Yenə də pul ödəniləcəkdi də.
“Qəbələ” akademiyası ilə bağlı danışarkən AFFA-nın mətbuat katibi maraqlı bir məqama da toxunub: “Yeni mövsümdən Premyer Liqada iştirak üçün isə kluba 2,5 milyon manat ayrılacaq”. Qəribədir, AFFA İcraiyyə Komitəsi bu barədə hər hansı rəsmi açıqlama verməyib, qərar qəbul olunmayıb. Bu halda mətbuat katibi hansı əsasla 2.5 milyon məsələsini bu cür asanlıqla səsləndirə bilir?
Düzdür, son zamanlar bu mövsüm Premyer Liqa iştirakçılarına 3 milyon deyil, 2.5 milyon ödəniləcəyi barədə xəbərlər yayılıb. Lakin bu, rəsmi şəkildə açıqlanmayıb.
Əslində klublara ayrılan maliyyə yardımının yarım milyon azaldılması da AFFA-nın səriştəsizliyidir. Premyer Liqada klub sayını artırmaq, əslində isə icmaiyyətin gözündə özünü yaxşı göstərmək üçün tez-bazar I Liqadan 3 klub Premyer Liqaya buraxıldı. Halbuki “İmişli” və “Karvan”ın yüksək liqaya hazır olmadığı məlum idi. Təsadüfi deyil ki, çempionatın startına 40 gün qalıb, lakin “İmişli”nin harada oynayacağı, “Karvan”ın stadionunun hazır olub-olmayacağı bilinmir.
“İmişli” və “Karvan”a görə dövlətdən əlavə 6 milyon ala bilməyən AFFA hamam suyundan dost tutmaq üçün çıxış yolunu 10 klubun hər birindən yarım milyon kəsməkdə gördü. Bu günə qədər AFFA İcraiyyə Komitəsi bu haqda rəsmi qərarı açıqlamasa da, yarım milyonun kəsilməsi “Qəbələ”, “Şamaxı”, “Kəpəz” kimi klublara ciddi zərbədir. Elə bu hamam suyundan dost tutmağın ilk qurbanı da “Qəbələ” Akademiyası oldu. AFFA klubların yarım milyonunu kəsməsəydi, “Qəbələ” də həmin 500 minin necə deyərlər, üstünü düzəldib akademiyasını qoruyardı. Amma görünən odur ki, AFFA-ya akademiyalar yox, özünü icmaiyyətin gözündə yaxşı göstərmək maraqlıdır.
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
12:44
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:27
Millimiz son oyununda qalib gəldi
-
11:58
"Gəncə"nin yeni baş məşqçisi açıqlandı
-
11:32
“Qarabağ” - “Dinamo” oyununun biletləri satışda
-
11:15
DÇ: U-15 millimizin növbəti rəqibi dəqiqləşib
-
11:00
Çempionlar Liqası: "Araz-Naxçıvan" ilk matçına çıxır
-
10:46
"Beşiktaş"ın qələbəsi VİDEO
-
10:23
Beş cüdoçumuz Asiya Kubokunda iştirak edəcək
-
10:09
"Trabzonspor"dan əzmkar qələbə VİDEO
-
09:51
Anje Mutsinzi: “Sumqayıt”ı məğlub etmək heç də asan deyil”
-
09:34
Murad oynadı, komandası xal itirdi
-
09:17
Derbini "Qalatasaray" qazandı VİDEO
-
09:00
"Qızıl top"un sahibi açıqlanıb
-
08:45
Azərbaycan kubokunda 2-ci mərhələ başlayır
-
20:32
Fərid Ələkbərov: "ÇL-də oynamaq hər idmançıya qismət olmur"
-
19:18
Millimiz qrupda üçüncü oldu
-
18:23
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
-
18:04
Samuel Eto`O Azərbaycana gəlib
-
17:56
“Kayrat”ın baş məşqçisi istefa verdi
-
17:31
11 cüdoçumuz Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə"də iştirak edəcək
-
17:17
Dünya çempionatı: Nihat Məmmədli finalda, Həsrət Cəfərov uduzdu
-
16:48
“Sumqayıt”ın sabiq baş məşqçisi istefaya göndərildi
-
16:25
Karateçilərimiz Belçikada keçirilən Avropa çempionatında üç medal qazanıblar
-
16:00
Proqnoza fransız - YAZI
-
15:32
Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub
-
15:13
Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
-
14:44
Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
-
14:26
Boksçularımız U-19 dünya çempionatını iki medalla başa vurublar
-
14:07
"Araz-Naxçıvan" - "Uypest": Təyinatlar müəyyənləşdi
-
13:51
Volkov Azərbaycan çempionatında bunu bacaran 30-cu futbolçu olub
-
13:35
“Turan Tovuz” 150-yə çatdı
-
13:18
Rəşad Sadıqov üçün yubiley
-
13:15
Dünya çempionatı: Azərbaycan millisi İsrailə qalib gəldi
-
13:00
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
12:42
"Yuventus" səfərdə sevindi VİDEO
-
12:24
Qustavo Klisman: “Qol buraxmışıqsa, günahı bir nəfərin üzərinə ata bilmərik”
-
12:06
"Bavariya" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:51
Boksçumuz Avropa çempionu oldu
-
11:37
"Mlan" "Udineze"yə şans tanımadı VİDEO
-
11:13
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:59
"Real" səfərdə "Barselona"nı devirdi VİDEO
-
10:48
Millimiz Düşənbədə keçirilən cüdo üzrə turniri beş medalla başa vurub
-
10:35
"İnter"dən inanılmaz geridönüş VİDEO
-
10:22
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
-
10:04
Muaddib: “Çempionluq “Qarabağ”la iki yox, bir komanda arasında gedəcək”
-
09:56
İnfantinodan Azərbaycan çempionatıın oyunundan paylaşım etdi
-
09:31
"Liverpul"un qələbəsi VİDEO
-
09:17
Toral Bayramov üçün 7 dəqiqə
-
09:00
"Mançester Yunayted" yenə uduzdu VİDEO
-
21:06
Qurban Qurbanov: “Bunu düşünməyərək oyuna hazırlaşmışdıq”
27.10.2026
26.10.2026
25.10.2026
























