30 Aprel 2026, Cümə axşamı
"Sumqayıt"ın yubiley qələbəsi
Millimiz Monteneqroya yollanıb
Azərbaycan boksçularından tarixi nəticə
Vernidub: “Azarkeşlərdən üzr istəyirəm”

Ölkə futbolu

“Neftçi” Polşaya yollanır

“Neftçi”nin 2025/2026 mövsümünə hazırlıq planı müəyyənləşib.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “ağ-qaralar” iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 25-dən iyulun 14-dək Bakıda, “Neftçi” Futbol Mərkəzində keçəcək.

Hazırlıq prosesinin ikinci mərhələsi iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində reallaşacaq.

“Binkovski Hotel”də məskunlaşacaq komanda bu müddətdə 4 yoxlama görüşü keçirəcək. Oyunlar iyulun 17, 22, 27-də və avqustun 1-də baş tutacaq. Üçüncü matçda rəqib “Asteras" (Tripolis, Yunanıstan), sonuncu oyunda isə AEL (Kipr) olacaq.

Yoxlama görüşlərinin başlama saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30