14 Avqust 2026, Cümə
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi
Ronaldo daha 2 il “Sumqayıt”da
"Sumqayıt"dan növbəti transfer

Ölkə futbolu

“Neftçi”dən ayrılan futbolçu ölkəsinə qayıda bilmir

“Müharibə tezliklə dayansa, karyeramı İranda davam etdirəcəyəm”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Teleqraf”a açıqlamasında Azərbaycan milli komandasının iranlı futbolçusu Höccət Haqverdi deyib.

Bu yaxınlarda”Neftçi”dən ayrılan 32 yaşlı müdafiəçi bildirib ki, İsraillə müharibənin başlaması onun transferini yubadıb: “Özüm İranda deyiləm. Hələ nə olacağını gözləyirəm. İranda müqavilə imzalamağı planlaşdırırdım, amma indi hər şey dəyişib. Bəlkə də başqa yerdə olacaq”.

Haqverdi müharibədə yaxınlarının heç bir ziyan görmədiyini bildirib: “İranda çoxlu qohumum var. Şükür Allaha, hamısı təhlükəsiz şəraitdədir. Qardaşım da İrandadır, onun da həmçinin təhlükəsi yoxdur. Döyüş zonaları əsasən hərbi hissələrin yaxınlığında olur. Ona görə insanlar da təhlükəsizlik şəraitindədirlər”.

Qeyd edək ki, Höccət Haqverdi əslən Məşhəd şəhərindəndir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31