Ölkə futbolu
“Sabah”ın cahilliyi
İnanc Azərbaycanda xalq arasında sınama, yozum, yozma, inam adları ilə tanınan janr olub. Vikipediya deyir ki, professor Azad Nəbiyev inanclara belə tərif verib: “İnanclar sınamalar nəticəsində qətiləşən hökmlərin bədii ifadəsidir”.
Digər sahələrdə olduğu kimi, futbolda da müxtəlif inanclar mövcuddur. Bu baxımdan ilk yadıma düşən DÇ-1998-də Fransa millisinin müdafiəçisi Loran Blanın hər oyundan əvvəl qapıçı Fabyen Bartezin başından öpməsidir. İnsafən fransızların bu inancı özünü doğrultmuşdu.
Azərbaycanda isə ən çox yadda qalan təcrübəli mütəxəssis Əsgər Abdullayevin qəhvəyi rəngdəki gödəkçəsidir. Abdullayev fəsildən asılı olmayaraq, hər zaman vacib görüşlərə həmin gödəkçədə çıxırdı. Hətta azarkeşlər yarızarafat-yarıciddi deyirdilər ki, eyni gödəkçədən Əsgər müəllimdə 4-5 dənədir.
Adətən oxumuş, savadlı, dünya görüşü yüksək olan şəxslər bu cür inancları qəbul etmirlər. Bu baxımdan bu günlərdə eşitdiyim “Sabah”ın inancı məni şoka saldı. Məlum oldu ki, Masazır təmsilçisinin inanc aludəçiliyinin yanında Blanın öpüşü də, Abdullayevin gödəkçəsi də “toya getməlidir”.
Hər şey “Neftçi” ilə kubokun ilk yarımfinal oyunundan sonra başlayıb. Haşiyə çıxaraq qeyd edim ki, yaxın 1-2 ilə qədər deyirdilər “CBC Sport” AFFA-nın kanalıdır. Lakin indi kanalın statusu dəyişib. “CBC Sport” futbol dili ilə desək, olub İctimai Televiziyanın farm klubu. Vəziyyət o həddə çatıb ki, Azərbaycan Premyer Liqasının matçlarında şərhçilərin siyahısını oyunları yayımlayan “CBC Sport” yox, İTV müəyyənləşdirir...
Qayıdaq inanc məsələsinə. Deməli, kubokun ilk yarımfinal matçında qələbə qazanan “Sabah”dan göstəriş gəlib ki, cavab oyununda da “CBC Sport” eyni heyətlə iş başında olsun. İlk oyunda olduğu kimi, cavab görüşünü də Gündüz Abbaszadə şərh etsin, “miks-zona”da yenə də Aida Əliyeva olsun. Operatorlar dəyişməməlidir, montajçı, rejissor da eyni adamlar olmalıdır. Tapşırıq yerinə yetirilib, yenə iş başında həmin heyət olub... Gülməlidir, hə? Bunu ucqar bir kənd komandası etsəydi, bəlkə də haradasa başa düşmək olardı. “Sabah”a nə olub? Bəs “ruskiyazıçnılıq”, bəs intellekt, bəs dünya görüşü, bəs “Çto? Qde? Koqda?”, bəs elit azarkeşlər... Əslində bu “bəs”ləri də, cızma-qaranı da, “Sabah”ın cahilliyini də xeyli uzatmaq olardı. Amma görünən kəndə nə bələdçi? Və düşünəndə ki, bu adamlar minimum qarşıdakı 3 ildə Azərbaycan futboluna rəhbərlik edəcəklər, bizə yalnız bir cümlə demək qalır - vay futbolumuzun halına!
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- "Sumqayıt"dan növbəti transfer
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
13:39
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafatçıları bəlli olub
-
13:01
DÇ: İki qadın güləşçimiz məğlub olub, İslam Abbasov medal şansını itirib
-
12:44
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:27
Millimiz son oyununda qalib gəldi
-
11:58
"Gəncə"nin yeni baş məşqçisi açıqlandı
-
11:32
“Qarabağ” - “Dinamo” oyununun biletləri satışda
-
11:15
DÇ: U-15 millimizin növbəti rəqibi dəqiqləşib
-
11:00
Çempionlar Liqası: "Araz-Naxçıvan" ilk matçına çıxır
-
10:46
"Beşiktaş"ın qələbəsi VİDEO
-
10:23
Beş cüdoçumuz Asiya Kubokunda iştirak edəcək
-
10:09
"Trabzonspor"dan əzmkar qələbə VİDEO
-
09:51
Anje Mutsinzi: “Sumqayıt”ı məğlub etmək heç də asan deyil”
-
09:34
Murad oynadı, komandası xal itirdi
-
09:17
Derbini "Qalatasaray" qazandı VİDEO
-
09:00
"Qızıl top"un sahibi açıqlanıb
-
08:45
Azərbaycan kubokunda 2-ci mərhələ başlayır
-
20:32
Fərid Ələkbərov: "ÇL-də oynamaq hər idmançıya qismət olmur"
-
19:18
Millimiz qrupda üçüncü oldu
-
18:23
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
-
18:04
Samuel Eto`O Azərbaycana gəlib
-
17:56
“Kayrat”ın baş məşqçisi istefa verdi
-
17:31
11 cüdoçumuz Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə"də iştirak edəcək
-
17:17
Dünya çempionatı: Nihat Məmmədli finalda, Həsrət Cəfərov uduzdu
-
16:48
“Sumqayıt”ın sabiq baş məşqçisi istefaya göndərildi
-
16:25
Karateçilərimiz Belçikada keçirilən Avropa çempionatında üç medal qazanıblar
-
16:00
Proqnoza fransız - YAZI
-
15:32
Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub
-
15:13
Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
-
14:44
Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
-
14:26
Boksçularımız U-19 dünya çempionatını iki medalla başa vurublar
-
14:07
"Araz-Naxçıvan" - "Uypest": Təyinatlar müəyyənləşdi
-
13:51
Volkov Azərbaycan çempionatında bunu bacaran 30-cu futbolçu olub
-
13:35
“Turan Tovuz” 150-yə çatdı
-
13:18
Rəşad Sadıqov üçün yubiley
-
13:15
Dünya çempionatı: Azərbaycan millisi İsrailə qalib gəldi
-
13:00
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
12:42
"Yuventus" səfərdə sevindi VİDEO
-
12:24
Qustavo Klisman: “Qol buraxmışıqsa, günahı bir nəfərin üzərinə ata bilmərik”
-
12:06
"Bavariya" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:51
Boksçumuz Avropa çempionu oldu
-
11:37
"Mlan" "Udineze"yə şans tanımadı VİDEO
-
11:13
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:59
"Real" səfərdə "Barselona"nı devirdi VİDEO
-
10:48
Millimiz Düşənbədə keçirilən cüdo üzrə turniri beş medalla başa vurub
-
10:35
"İnter"dən inanılmaz geridönüş VİDEO
-
10:22
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
-
10:04
Muaddib: “Çempionluq “Qarabağ”la iki yox, bir komanda arasında gedəcək”
-
09:56
İnfantinodan Azərbaycan çempionatıın oyunundan paylaşım etdi
-
09:31
"Liverpul"un qələbəsi VİDEO
-
09:17
Toral Bayramov üçün 7 dəqiqə
27.10.2026
26.10.2026
























