7 Mart 2026, Şənbə
Kurçinin qolu ayın ən yaxşısı seçildi
"Kəpəz" rəhbərliyində dəyişikliklər
Kubokda yarımfinalçılar müəyyənləşdi
Azər Bağırov: “Bu, adamı üzür”

Ölkə futbolu

Sabiq “Neftçi”li: “Hər yerindən duran deyir məşqçiyəm”

Milli komandamızın və “Neftçi”nin sabiq müdafiəçisi Mahir Şükürov gələcəkdə məşqçi olmaq barədə düşünmür.

Futbolxeber.az saytına müsahibəsində o bildirib ki, məşqçilik heç də asan iş deyil:

“Mən məşqçi olmaq istəmirəm. İstəsəydim, çoxdan olardım. Bu, çox ağır işdir. Hər yerindən duran deyir məşqçiyəm. Mən buna düzgün yanaşmıram. Məqçi olmaq üçün psixologiyanı bilməlisən, futbolçularla işləmək bacarığına malik olmalısan. Futbolçuya düzgün yanaşmaq çox vacibdir. 25 futbolçunun hamısı eyni psixologiyaya sahib olmur. Ola bilər hansısa futbolçunun üstünə qışqıranda, o susar. Lakin elə futbolçu da ola bilər ki, üstünə qışqırsan, sənə cavab qaytarar. Bir sözlə, məşqçi işi asan deyil. Ona görə də başqa səhələrdə çalışmaq istəyirəm. Məsələn, futbol meneceri, yaxud uşaq futboluna rəhbərlik edə bilərəm. Məncə, bu işlər məndə alınar”.

Fərəc Aslanov

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31