30 Avqust 2026, Bazar günü
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu

Ölkə futbolu

"Qarabağ" çempionluğunu rəsmiləşdirdi

Azərbaycan Premyer Liqasında 32-ci turun oyunları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, bu gün daha iki matç keçirilib.

Əvvəlcə Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Səbail” “Araz-Naxçıvan”ı qəbul edib. Görüş heç-heçə başa çatıb.

Turun mərkəzi görüşü isə Masazırda olub. Burada “Qarabağ” səfərdə “Sabah”ın qonağı olub. Bu matç da heç-heçə bitib.

Bununla da Ağdam klubu sona 4 tur qalmış 12-ci çempionluğunu rəsmiləşdirib. Çünki hazırda "Qarabağ"ın 77, ən yaxın izləyicisi "Zirə"nin isə 64 xalı var.

Azərbaycan Premyer Liqası

XXXII tur

27 aprel

“Sabah” - “Qarabağ” - 1:1

Qollar: Redon Cica, 42-pen. (0:1),  Boyan Letiç, 73 (1:1)

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev

“Bank Respublika Arena”

“Səbail” - “Araz-Naxçıvan” - 1:1

Qollar: Ülvi İsgəndərov, 30 (0:1), Marko Nikoliç, 76 (1:1)

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov

25 aprel

“Turan Tovuz” - “Şamaxı” - 1:1

26 aprel

“Kəpəz” - “Zirə” - 0:1

28 aprel

20:00. “Sumqayıt” - “Neftçi”

Bombardirlər: Leandro Andrade ("Qarabağ") - 14 qol, Salifu Suma ("Zirə") - 11 qol, Cesse Sekidika ("Sabah"), Davit Volkov ("Zirə") - 10 qol








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31