Ölkə futbolu
Ayxan Quseynov: “Üçüncü yeri tutmaq üçün bu cür oyunlarda 3 xal qazanmalısan”
“Turan Tovuz”un yarımmüdafiəçisi Ayxan Quseynovun Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının 32-ci turunda “Şamaxı” ilə heç-heçə oynadınız (1:1). Xal itkisini nə ilə əlaqələndirmək olar?
- Qarşılaşma çətin alındı. “Şamaxı” yaxşı oyun göstərdi. Mövsümün axırıdır, elə bil gücümüz yox idi, özümüzü halsız hiss edirdik. Yenə də şanslarımız oldu, amma istifadə edə bilmədik. “Şamaxı” üçün 1:1 hesabı yaxşı nəticədir. Biz 100 faiz 2 xal itirdik.
- Nə baş verdi ki, hesabı açdıqdan dərhal sonra qapınızda qol gördünüz?
- Uşaqlarla həmişə öz aramızda danışırıq ki, çətinliklə qol vururuq. Buna görə də fərqləndikdən sonra soyuqqanlı olmalı, sadə oynamalıyıq. Yəni gördün çətin vəziyyətdəsənsə, topu sadəcə irəli vur, uzaqlaşdır. Təəssüf ki, yenə kobud səhv etdik, rəqib də bundan faydalandı.
- Bu xal itkisindən sonra üçüncü yerə ümidiniz qalıb?
- Çalışırıq üçüncü pilləyə yüksələk. Lakin təəssüf ki, səhvlərimiz “Araz-Naxçıvan”a çatmaq imkanı vermir. Üçüncü yeri tutmaq üçün bu cür oyunlarda 3 xal qazanmalısan, başqa yol yoxdur.
- “Şamaxı” iddialı deyil, əsas məqsədi Premyer Liqada qalmaqdır. Bu komandanı məğlub edə bilməyən “Turan Tovuz”ın avrokuboklara iddia etməsi nə dərəcədə realdır?
- Hiss olunurdu ki, “Şamaxı” bu matça yaxşı hazırlaşmışdı. Oyunu əks-hücumlar üzərində qurmuşdular. Onlar üçün hər şey yaxşı keçdi. O baxımdan ki, biz səhv etdik, onlar faydalandılar. Düzdür, bizim də qol epizodlarımız var idi. Lakin rəqib qapıçı 3-4 yaxşı seyv etdi. Haradasa konsentrasiyamız çatmadı. Yersiz çox xallar itirmişik.
- Qeyd etdiniz ki, “Şamaxı”nın matça yaxşı hazırlaşdığı hiss olunurdu. Sizcə, bu, Ayxan Abbasov amili ilə bağlıdır?
- Ayxan müəllimi tanıyırıq. Ola bilər onun üçün bu matçın motivasiyası daha yüksək idi. Lakin ümumilikdə hansı komandaya qarşı oynaması “Şamaxı” üçün fərq etmir. O, komandasını hər matça eyni cür, yüksək motivasiya ilə hazırlaşdırır.
- Qarşıdakı turda “Zirə” ilə qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- Çətin olacaq. “Zirə” bu turda qələbə qazansa, məncə, mövsümü 100 faiz ikinci yerdə bitirəcək. Bu baş verərsə, artıq bizə qarşı rahat oynayacaqlar. Bu isə “Zirə” üçün üstünlükdür. Çünki futbolçu özünü rahat hiss edəndə daha yaxşı oynayır.
- Onda belə çıxır ki, “Kəpəz”lə görüşdə “Zirə”yə azarkeşlik edəcəksiniz? Çünki dediyiniz kimi olsa, onlar artıq növbəti turda bir qədər arxayın çıxa bilərlər...
- İnanmıram arxayın çıxsınlar. Rəşad Sadıqov komandasını hər oyuna ciddi hazırlaşdırır. “Zirə” bütün görüşlərə 3 xal üçün çıxır.
- “Araz-Naxçıvan” sabah “Səbail”i məğlub etsə, aranızdakı xal fərqi 7-ə çatacaq. Razılaşarsınız ki, 4 tur ərzində 7 xallıq fərqi aradan qaldırmaq qeyri-realdır. Belə çıxır ki, “Turan Tovuz”un avrokuboklara yollanması üçün bütün ümidi “Qarabağ”ın kuboku qazanmasınadır?
- Bəli, reallıq budur ki, kubokda “Qarabağ”a azarkeşlik etməliyik. Amma kuboku qazanmaq heç də asan olmayacaq. Düzdür, “Qarabağ” hər oyunun favoritidir. Lakin final bir matçdan ibarətdir və hər şey ola bilər. Görək necə olur. İnşallah kuboku “Qarabağ” qazanar.
Fərəc Aslanov, Tovuz
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- IX turun oyun cədvəli açıqlanıb
- "Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
- Millimizdən 5 qollu məğlubiyyət
- Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Dövlət başçısının FIFA prezidenti ilə görüşündən
- İtaliya millisindən Bursada 4 qollu qələbə
- Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
- Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib
- Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:35
Millimiz Mozambikə qalib gəldi
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
09:20
“Turan” Çempionlar Liqasında cavab oyununa çıxır
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
-
17:28
Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
-
17:14
“Birbaşa Bakı”nın məqsədi təkcə titulu geri qaytarmaq yox, həm də hələ də ən güclü olduğunu sübut etməkdir”
-
16:57
10 komandaya texniki məğlubiyyət verildi
-
16:42
AFFA-dan "Səbail"in prezidentinə 4 oyunluq cəza
-
16:35
"Qarabağ" 6 min manat cərimələndi
-
16:29
Ribeyro 2 oyunluq cəzalandı
-
15:51
Mehdi Cənnətov: “İki dəfə hesabda geri düşsək də...”
-
14:46
Boksçularımlzln 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
-
13:00
İspaniya klubunda baş məşqçi istefası
-
12:14
“Zirə”nin kapitanı: “İstəyirdik ki, 90 dəqiqə ərzində oyunu bitirək”
-
11:58
FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub
-
11:36
Dünya Atletikasının dəstəyi ilə Bakıda məşqçilər üçün seminar başlayıb
-
11:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:45
"Arsenal"dan kuboka erkən vida VİDEO
-
10:22
Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
-
10:09
Cəlal oynadı, komandası liderliyə yüksəldi
-
09:51
Mahirin komandası penaltilərlə mərhələ adladı
-
09:30
“Qarabağ” Abbasla vidalaşdı
-
23:47
"Zirə" penaltilər seriyasında sevindi VİDEO
-
23:28
Rəşad Sadıqov: “Bu çətin dövrü uğurla geridə qoyacağıq”
-
22:59
"Araz=Naxçıvan"dan darmadağın VİDEO
29.10.2026
28.10.2026
27.10.2026
























