3 Avqust 2026, Bazar ertəsi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu

Ölkə futbolu

Koxalski: “Araz-Naxçıvan”a minimum 2 qol vurmalıyıq”

“Neftçi” üzərində çox vacib qələbə qazandıq”.

Futbolxeber.az saytına açıqlamasında bunu “Qarabağ”ın qapıçısı Mateuş Koxalski Azərbaycan Premyer Liqasının 31-ci turunda “Neftçi”yə qarşı keçirilən oyundan sonra deyib.

Polşalı qolkiper oyunun çətin keçdiyini bildirib: “Hesaba baxmayaraq, qarşılaşma heç də asan olmadı. Hamı meydanda 100 faiz gücünü, ürəyini qoydu. Qalib gəldiyimiz üçün sevinirik”.

25 yaşlı qapıçı sabah Azərbaycan kubokunun yarımfinalında “Araz-Naxçıvan”a qarşı keçiriləcək matçdan da söz açıb: “Matça çox ciddi yanaşmalıyıq. İlk oyunda 0:1 hesabı ilə uduzmuşuq. Buna görə də “Araz-Naxçıvan”a minimum 2 qol vurmalıyıq. Təbii ki, finalda oynamaq istəyiriksə”.

Fərəc Aslanov

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31