29 Avqust 2026, Şənbə
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu

Ölkə futbolu

Məqsəd İsayev 250-yə çatdı

“Zirə”nin futbolçusu Məqsəd İsayev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

Futbolxeber.az saytının Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 31 yaşlı müdafiəçinin yubileyi XXXI turun “Sumqayıt”la ev görüşünə (3:1) təsadüf edib.

M.İsayev Premyer Liqada keçirdiyi 250 oyunda 6 qola imza atıb. O, ölkə çempionatları tarixində 250 və daha çox oyun keçirən 76-cı futbolçudur. Müdafiəçi “Neftçi”də 75, “Şamaxı”da 6 (1 qol), “Sabah”da 39 (1 qol), “Səbail”də 20, “Qəbələ”də 61 (3 qol), “Zirə”də 49 (1 qol) matça çıxıb.

Qeyd edək ki, Məqsəd İsayev Premyer Liqada 2013-cü il noyabrın 30-da keçirilən “Sumqayıt” – “Neftçi” görüşündə (1:2) debüt edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31