31 Avqust 2026, Bazar ertəsi
Rəşad Sadıqovdan qələbə şərhi
“Zirə” “Neftçi”ni məğlub etdi
Dieqo Rosa rəsmən “Qarabağ”da
"Şəfa" öz meydanında uduzdu

Ölkə futbolu

Emin Mahmudov üçün yubiley

Emin Mahmudov “Neftçi”də 250-ci oyununu keçirib.

Futbolxeber.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 31-ci turuna təsadüf edib. O, “Qarabağ”la matçın (0:3) 50-ci dəqiqəsində meydana çıxıb.

Emin Premyer Liqada 201 dəfə “ağ-qaralar”ın formasını geyinib. O, Azərbaycan Kubokunda 24, avrokuboklarda 25 dəfə “Neftçi”nin heyətində meydana çıxıb. Bunlardan 4-ü Çempionlar Liqası, 11-i Avropa Liqası, 10-u Konfrans Liqası çərçivəsində baş tutub.

Qeyd edək ki, Mahmudov 250 oyunda 58 qol vurub. O, Premyer Liqada 43, kubokda 6, qitə miqyaslı turnirlərdə 9 dəfə fərqlənib (pfl.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31