Ölkə futbolu
Qurban Qurbanovdan qələbə şərhi
“Azarkeşlərimizə təşəkkür edirəm. Bu gün stadionda tam başqa ab-hava var idi. Hər oyunda onları gözləyirik. Azarkeşsiz futbol çox zəif görünür. Çox vacib qələbə qazandıq. Onlardan razı qaldım. Sona kimi sürəti, dinamikanı saxlaya bildilər. "Neftçi" bir neçə yaxşı qol epizodu yaratdı. Bu, onların gücündən xəbər verir. "Neftçi"yə, Samir Abasova uğurlar arzulayıram”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXXI turunda “Neftçi”ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Daha sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- 90 dəqiqə ərzində təzyiqi davam etdirməyinizi "Araz-Naxçıvan"la kubok oyununa hazırlıq kimi xarakterizə etmək olar?
- Yox. Belə planımız yox idi. Yanvar ayından bu yana bizim məşq etmək üçün bu qədər vaxtımız olmamışdı. Komandanı daha yaxşı bərpa etməyə 8 gün vaxtımız var idi. Bu gün göründü ki, həmin mikrotsikldən yararlana bilmişik. Futbolçular 90 dəqiqə ərzində meydanda gücü, sürəti qoruyub-saxlaya bildilər.
- Kevin Medinanın yayda müqaviləsi bitir. O, komandada qalacaq?
- Medinanın 4 oyundur oynamaması o demək deyil ki, onun oyunundan razı deyiləm. Mateus Silva özünü yaxşı göstərdiyi üçün ona daha çox şans vermək istəyirəm. Müqaviləsi bitmir. Səhv etmirəmsə, hələ bizimlə 2 illik sözləşməsi var. Qarşıdakı oyunlarda ona şans verməyə çalışacağıq.
- Bir həftə əvvəl "Səbail"lə oyundan sonra demişdiniz ki, nə olursa-olsun oyun günü komandanın yanından ayrılmaq istəmirəm. Bu gün güləşçi Hacı Əliyevin obyektinin açılışında iştirak etmisiniz. Bu da ictimaiyyət arasında birmənalı şəkildə qarşılanmır. Sizcə, İcraiyyə Komitəsindəki həmkarlarınız sizdən küsməz?
- Buna bir az fərqli yanaşmaq lazımdır. Oyun günü məşqimiz olan gün də olur, olmayan gün də. Digər tərəfdən İcraiyyə Komitəsində 10-15 dəqiqəlik yığıncaq olmur. Orada saatlarla müzakirələr gedir. İclasda iştirak edə bilməyəcəyimi əvvəlki gündən bildirirəm. Biz bir-birimizi anlayırıq. Bu gün Hacının kiçik biznesinin açılışına gedib təbrik etdim, uğurlar arzulayıb tez qayıtdım.
- Abbas Hüseynov rəqabətdə uduzur ki, onun mövqeyində Toral Bayramov oynayır?
- Abbasın ikinci zədəsi olmuşdu. Artıq komanda ilə məşqlərə başlayıb. Çox yüklənən əzələsində problem var idi. Onu birdən-birə oyuna buraxmaq riskdir. Qarşıdakı oyunlarda yavaş-yavaş şans veriləcək.
- Çoxlu qol epizodlarını qaçırmaq sizi narahat etmir?
- Bəli, qol epizodlarımız çox oldu. Çox da narahat etmir. Bir var epizoda məsuliyyətsiz yanaşmaq, bir də var qol vurmaq istəyi var. Bu gün istək həddindən artıq çox idi. Daha çox qol epizodları Kadi Borgesdə oldu. Onun ustalığı həmin epizodlardan yararlanmağa şərait yaradır. Növbəti oyunlarda daha dəqiq olar.
- Nəriman Axundzadə bu mövsüm 37 oyunda 10 qol vurub, 12 assist edib. Ondan istədiyiniz performansı ala bilirsiniz?
- Nəriman son vaxtlar yaxşı mənada dəyişib. Bir müddət əvvəl öz idman formasından uzaq idi. Bizim daim diskussiyamız olur. Daha yaxşı, işgüzar olmalıdır. Tək Nəriman yox, hər biri. Futbola bir az sevgin, həvəsin azaldısa, oynamağa ehtiyac yoxdur. Çünki tələblər çoxdur. Nərimandan tam razı deyiləm. Öz üzərində daha çox çalışsa, futbolu daha çox düşünsə, potensialı daha yüksəkdir. 11-12 qol yox, bu gün bombardirlər sırasında olmalı idi. Həm də olmağa borcludur.
- Mahir Emrelinin "Nürnberq"lə müqaviləsi mövsümün sonunda başa çatır. Onu yayda komandaya gətirmək istəmirsiniz?
- Mətbuatda oxudum ki, klubu ilə yeni müqavilə barədə danışıqlar aparır. Mahirlə heç bir danışığımız olmayıb. Onun məqsədi Avropada oynamaqdır. Orada oynamağı daha məsləhətlidir.
- Musa Qurbanlının ayrıldığı "Yurqorden" Konfrans Liqasında yarımfinala yüksəldi. Musa oradan ayrılmağına peşman deyil?
- Bu barədə danışmamışam. Məncə, peşmançılığa ehtiyac yoxdur. Belə hallar futbolun bir hissəsidir. Geriyə yox, önə baxmaq lazımdır. "Budo Qlimt" yarımfinala çıxmağa layiq idi. Qalib gəlməyimizə baxmayaraq, mənim diqqətimi cəlb edən komanda olmuşdu. Adlı-sanlı klublara 3-4-5-6 qol vurublar. Ələlxüsus öz meydanlarında yaxşı oynayırlar. Özlərinə xas olan futbol fəlsəfələri var. Vaxtım olsa, ora təcrübəyə də gedərəm. Belə ortabab klubların bu yerlərə gəlib çıxması həmişə diqqətimi cəlb edir. Yarımfinala "Tottenhem"lə düşdülər. "Budo Qlimt"in yolu bizim keçən ilki Avropa yolumuza oxşadı. Sadəcə biz son dəqiqələrdə "Bayer"ə məğlub olduq. Bizim də yarımfinala çıxmaq şansımız var idi. Bizim qarşıladığımız rəqiblərdən biri finalda olacaq. Hər ikisinə uğurlar arzulayıram.
- Yassin Benzianı növbəti mövsümdə də komandada görmək istəyirsiniz?
- İstəyərəm. Danışıqlar gedir, təklif olunub. Qarşıda bir neçə ay var. Bəlkə də mövsümün sonunda bilinəcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
13:00
Futzal millimizin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
-
12:47
Azərbaycan klubu braziliyalı legionerlə güclənib
-
12:25
Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edəcək
-
11:56
"Qarabağ" "Neftçi" ilə oyuna hazırlaşır FOTOLENT
-
11:31
Azərbaycan kayakçı və kanoeçiləri beynəlxalq yarışda 4 medal qazanıblar
-
11:09
“Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
-
10:43
"Mançester Siti" - PSJ matçında 6 qol VİDEO
-
10:28
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:14
"Aston Villa" "Fənərbaxça"nı darmadağın etdi VİDEO
-
09:52
DÇ: Günay Qurbanova finalda, Ruslan Nurullayev bürünc medal qazanıb
-
09:30
9 qolluq oyunda "Liverpul" qalib gəldi VİDEO
-
18:25
“Dinamo” - “Kür-Araz” matçında 4 penalti, 10 qol VİDEO
-
17:46
Türkiyə klubunda yeni baş məşqçi
-
16:51
"Kür"ün növbəti rəqibi bəlli olub
-
16:03
Boks millimiz Avropa çempionatında üçüncü yeri tutub
-
15:34
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
-
14:27
Bakıdakı dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
-
13:40
DÇ: Minifutbol millimiz BƏƏ-ni məğlub etdi
-
13:12
Futzal millimizin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
-
12:58
Qadın güləşi millimizin üzvləri Qazaxıstana yollanıblar
-
12:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:09
Asim Xudiyev UEFA Region Kubokunun oyunlarına təyinat alıb
-
11:46
"Atletiko" "Mançester Yunayted"i məğlub etdi VİDEO
-
11:23
ABŞ səfirliyi Azərbaycan cüdoçularını dünya çempionatında uğurlu çıxışa görə təbrik edib
-
10:54
"Lans" öz meydanında "Sportinq"lə bacarmadı VİDEO
-
10:31
Güləşçimiz dünya çempionatında gümüş medal qazanıb
-
10:17
"Qalatasaray" - "Barselona" matçında 5 qol VİDEO
-
10:00
Millimiz “Antalyaspor”a qalib gəlib
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
15.10.2026
14.10.2026
13.10.2026
























