Ölkə futbolu
Karlos Jatoba: “Zirə” və “Sabah”ın uduzması bizim üçün ekstra motivasiya idi”
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Karlos Jatobanın Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının XXIX turunda “Sumqayıt”a qalib gəldiniz. Qazanılan 2:0 hesablı qələbəni necə şərh edərdiniz?
- Çətin oyun oldu. Matçdan əvvəl də uşaqlarla söhbətimiz zamanı demişdik ki, hər matç bizim üçün finala bərabərdir. Yaxşı oyun keçirdik. Ola bilər sona yaxın bir qədər geri çəkildik. Bu da anlaşılandır. “Qarabağ”la oyundan sonra komandada yorğunluq var idi. İstənilən halda vacib 3 xal götürdük.
- Matça çox fəal başladınız, qol vurdunuz, sonra VAR qolu ləğv etdi, ardınca penalti epizodu və yenə də VAR. Təxminən 7-8 dəqiqə oyunda fasilə yarandı. Bu cür halların çıxışınıza təsiri olur?
- Bəli, VAR üçün 2, 3, 4 dəqiqə oyun dayananda bu, bizə mənfi təsir edir. Çünki biz matça çox fəal başlamışdıq. Bu qədər fasilə isə oyunumuzun tempini aşağı salır. Penaltidən hesabı açdıq. Qoldan sonra da pressinq tətbiq edirdik. Rəqib ilk yarının ikinci hissəsini yaxşı keçirdi. Futbol təkcə hücum etməkdən ibarət deyil. Bəzən müdafiədə də oynamağı bacarmalısan. Biz də bunu bacardıq.
- Sizə qədər avrokuboklara vəsiqə uğrunda rəqiblərinizdən bu tur “Zirə” və “Sabah” uduzmuşdu, “Turan Tovuz” isə 2 xal itirmişdi. Bütün bunlar sizə əlavə motivasiya verir?
- Əlbəttə. Bilirdik ki, “Zirə” və “Sabah” uduzub, “Turan Tovuz” isə heç-heçə edib. Rəqiblərimizin xal itirməsi bizim üçün ekstra motivasiya idi.
- Uzun müddət yaşıl meydanlardan kənarda qaldığınızı nəzərə alsaq, hazırda çıxışınızdan nə dərəcədə razısınız?
- Əvvəlki ilə müqayisədə indi özümü fiziki baxımdan daha yaxşı hiss edirəm. Uzun müddət meydana çıxmadım. Ona görə də oyun ritminə tam düşməliyəm. Bəzən elə toplar itirirəm ki... Normalda həmin topları itirməməliyəm. Bütün gücümlə məşqlədə işləyirəm, əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.
- Qarşıdan “Araz-Naxçıvan”ı “Kəpəz”lə çempionat oyunu gözləyir. Fikriniz daha çox həmin matçdadır, yoxsa kubokda?
- Kuboka hələ var. “Qarabağ”la cavab matçını yalnız oyuna bir neçə gün qalmış fikirləşəcəyik. Hazırda bütün fikrimiz çempionata yönəlib. Bilirik ki, “Kəpəz”lə görüş çətin keçəcək. Hər şeyin ən yaxşısını etməliyik ki, 3 xal qazanaq.
- Hər nə qədər hazırda o barədə düşünməsəniz də, fikirləriniz maraqlıdır. Komandanızın finala yüksəlmək şansını necə dəyərləndirirsiniz?
- Yaxşı şansımız var. Lakin hamımız bilirik ki, “Qarabağ” çox güclü rəqibdir. Meydana elə çıxmalıyıq ki, sanki hesab 0:0-dır. İlk oyunda olduğu kimi vuruşmalıyıq. Yalnız bu halda istəyimizə çata bilərik.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- VII turun hakim təyinatları
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
06.11.2026
05.11.2026
























