9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Ölkə futbolu

“Qarabağ”ın Xankəndiyə səfəri nəzərdə tutulur

Qarabağ Universitetinin rektoru professor Şahin Bayramov “Qarabağ”klubunun prezidenti Tahir Gozellə görüşüb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun yaydığı məlumatda bildirilir.

Görüş Azərbaycan Premyer Liqasını 29-cu turunun bu gün keçirilən “Qarabağ” - “Zirə” oyunu (1:0) çərçivəsində baş tutub.

Tahir Gözel və rektor arasında fikir mübadiləsi aparılıb. Şahin Bayramov “Qarabağ" Futbol Klubunu Qarabağ Universitetinə dəvət edib.

Tahir Gözel bu dəvətə müsbət münasibət bildirib. O vurğulayıb ki, komandanın yaxın planlarında bölgəyə – o cümlədən Xankəndi və digər azad edilmiş şəhərlərə səfər nəzərdə tutulur: “Bu təşəbbüsü yüksək qiymətləndiririk. Qarabağ bölgəsinə səfər bizim də planlarımızda var və bu istiqamətdə addımlar atmağa hazırıq”.

Qeyd edək ki, görüş zamanı tərəflər gələcək əməkdaşlıq imkanlarını da müzakirə ediblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31