11 May 2026, Bazar ertəsi
Yuri Vernidubdan qələbə şərhi
Berdiyev: “Heyət güclənməlidir”
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı

Ölkə futbolu

“Neftçi” - “Araz-Naxçıvan” matçında mövsümdə ilk

Azərbaycan Premyer Liqasının 28-ci turunun “Neftçi” - “Araz-Naxçıvan” oyunu erkən qarşılıqlı qollarla əlamətdar olub.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, 1:1 hesabı ilə başa çatan görüşdə hər iki top ilk 7 dəqiqəyə təsadüf edib. Bassala Sambu 3-cü dəqiqədə meydan sahiblərini önə çıxarıbsa, İssuf Paro artıq 7-ci dəqiqədə hesaba tarazlıq gətirib.

Hər iki komandanın belə erkən qol vurması mövsümdə ilk dəfə yaşanıb. Cari çempionatın heç bir matçında ilk 7 dəqiqədə qarşılıqlı qollar qeydə alınmamışdı.

“Neftçi Arena”dakı görüşədək 2 matçda 8-ci dəqiqədə hesab bərabərləşib. 2024-cü il sentyabrın 22-də keçirilən “Səbail” - “Sabah” (2:4) qarşılaşmasında Amir Bilali 4-cü, Coy Lens Mikels 8-ci dəqiqədə fərqlənib. Oktyabrın 5-də baş tutan “Sabah” - “Araz-Naxçıvan” görüşündə (1:1) isə Pavol Safranko 5-ci, Felipe Santos 8-ci dəqiqədə qola sevinib.

“Neftçi” - “Araz-Naxçıvan” matçı ümumilikdə 2 ən erkən qolun vurulmasına görə isə cari mövsümün ikinci göstəricisi ilə yadda qalıb. Mütləq rekord 2024-cü il noyabrın 8-də keçirilən “Neftçi” - “Şamaxı” matçında qeydə alınıb. Həmin görüşdə hər iki qola eyni komanda imza atıb. “Ağ-qaralar” 3 dəqiqədə 2 top vurublar. Dembo Darbo 1-ci, Murad Məmmədov 3-cü dəqiqədə fərqlənib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31