9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

“Üçüncü qola qədər ümid var idi”

“Üçüncü qola qədər ümidimiz var idi. Amma 3-cü qoldan və "Qarabağ"ın əvəzetmələrindən sonra hər şey bitdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 28-ci turunda “Qarabağ”a 1:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Daha sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Fərdi səhvlər nə vaxta qədər davam edəcək?

- Buna cavab verə bilməyəcəm.

- "Qarabağ"a bu mövsüm ilk dəfə məğlub oldunuz. Əvvəlki oyunlarla müqayisədə bu gün nələri edə bilmədiniz?

- Oyun intizamı istədiyimiz kimi deyildi. İstək həddindən artıq idi. Bu da müəyyən mənada oyunumuza mane oldu.

- Azarkeşləri ümidləndirəcək nəsə deyə bilərsiniz?

- Bir ağrı var və təbii ki, bu, mənə də təsir edir. Təəssüf ki, onları sevindirə bilmirik.

- Artıq rəqib baş məşqçilərin sizin oyun üslubunuzu çözdüyünü demək olar?

- Məsələ taktikada deyil, hər oyunda dəyişə bilər. Məsələ düzülüşdədir. Biz bunu hər oyunda yaxşı edə bilirdik. Bu gün edə bilmədik.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31