22 May 2026, Cümə
"Qəbələ" "Şamaxı"nı məğlub etdi
"Neftçi" ölkə kubokunun qalibi oldu
İnfantino "Sabah"ı təbrik edib
XXXIII turun hakim təyinatları

Ölkə futbolu

AFFA "Araz-Naxçıvan" - "Qarabağ" matçı ilə bağlı cəzaları açıqladı

Azərbaycan Premyer Liqasının XXVI turunda keçirilən "Araz-Naxçıvan" - "Qarabağ" matçında baş verən qalmaqalla bağlı AFFA-nın qərarları açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

Qarşılaşmanın 83-cü dəqiqəsində “Araz-Naxçıvan” klubunun 97 nömrəli futbolçusu Felipe Santosun təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalansın, “Araz-Naxçıvan” komandası 3000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.3, 32);

08.03.2025-ci il tarixində Azərbaycan Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” - “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Qarabağ” klubunun 44 nömrəli futbolçusu Elvin Cəfərquliyev təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalansın, “Qarabağ” klubu 2000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.2, 32);

08.03.2025-ci il tarixində Azərbaycan Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” - “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Qarabağ” klubunun 22 nömrəli futbolçusu Musa Qurbanlı təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalansın, “Qarabağ” klubu 2000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.2, 32);

08.03.2025-ci il tarixində Azərbaycan Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” - “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilsin (maddə 51.2).

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31