Ölkə futbolu
Samir Abasov: “İntizam Komitəsinin mənimlə prinsipi, qərəzi var?”
“Qol buraxdıq, amma qol vura bilmədik. Fürsətlərdən istifadə etmək alınmadı. Hücumçularımız “dişsiz” idilər, epizodlarda baş çıxara bilmədilər. Ələlxüsus da Ağadadaş Salyanski. Ona görə də uduzduq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Kəpəz”ə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.
Mütəxəssis daha sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Qarşıdakı turda "Turan Tovuz"a qarşı oynayacaqsız. Bu iki görüş "Sabah"a turnir cədvəlində çatmaq baxımından önəmli idi?
- Bizim üçün motivasiya udmaqdır. Oyuna yaxşı başladıq, epizodlar əldə etdik. Son verilən qərarlar, keyfiyyət baxımından axsıyırıq. Bütün oyunlar önəmlidir, daha da önə getmək baxımından deyirəm. Bu oyunu uduzduq, səhvlərimizdən dərs çıxarmalıyıq.
- Asan qol buraxdığınızı demək olar?
- Epizod haradan başladı, necə oldu, ona baxmaq lazımdır. Bilmirəm, epizodu xatırlayıram, ya yox. Ağadadaş Salyanskidə yaxşı şans var idi, amma başını çəkdi. Bu da suallar yaradır ki, niyə belə şey etdi? Videoyaya baxandan sonra nələrsə deyəcəm. Deyəsən, o epizoddan sonra qapımızda qol gördük. Onun ardı idi, ya yox, dəqiq xatırlamıram.
- "Neftçi” çox sadə qollar buraxır. Ötən mövsümkü beşli müdafiədir. Sizə elə gəlmir ki, daha güclü və daha səviyyəli müdafiəçilərə ehtiyac var?
- Bütün mövqelərə baxanda, mən istədiyim tipdə futbolçulara ehtiyac var. Biz də anlayırıq ki, həmin vəziyyətdən danışmaq gecdir və yersizdir. Son oyunlarda çox da qol buraxmamışıq. Müdafiədən yox, hücumdan danışmaq istəyirəm. Belə oynamaq olmaz. Ağadadaşdan çox narazı qaldım. Akademiyamızdan çıxan uşaqlar anlamalıdır ki, bu gün nə qədər azarkeşlərimiz dəstək olurlarsa, belə oyunla özləri haqda rəyi də yerə vururlar. Rəqibin heyətində Paçu Lira var idi, bilirdin ki, hücumçudur. Aqressiv idi, müdafiəçilərimizə yapışırdı. Amma bunu Ağadadaş haqda deyə bilmərəm. Fasilədə özünə də dedim ki, elə oyna.
- Yuri Matias Braziliyaya mətbuatına şəxsi problemlərindən danışıb və ölkəsinə qayıda bilər. Klubun bunun mövqeyi necədir? Sanki əvvəlki Matias deyil...
- Məndən qabaqkı Matiası tanımırdım, onu rəqib kimi görmüşdüm. Braziliya mətbuatına verdiyi müsahibədən xəbərdaram. Heç vaxt görməmişəm ki, ailəsindəki problemi məşqinə və ya oyununa təsir etsin. O, digər futbolçularımız üçün nümunədir. Matiasın ailə vəziyyətindən xəbərimiz var. Fikri uşaqların yanında ola-ola bu cür oynadığı üçün Matiasa təşəkkür düşür.
- İntizam Komitəsi "Kəpəz"lə kubok görüşündəki kobudluğuna görə Sambuya iki oyunluq cəza verdi. Düşünmürsünüz ki, "Kəpəz"lə matçdan sonrakı açıqlamanızın bura təsiri oldu?
- Məni niyə cəzalandırmalıdılar ki?
- Qaydalara görə hakimlər haqda danışmaq olmaz...
- Nə danışdıq ki, cəza alaq?
- Demişdiniz ki, VAR-ı rədd etmək lazımdır...
- Şəxsi fikrimdir. Futboldan VAR-ı rədd eləmək lazımdır demişdim. İnsanlar qol vurur, sonra sayılmır. Bildiyim qədərilə İsveç VAR sistemini aradan götürüb. Şəxsi fikrimdir. İstəmirəm futbolda VAR olsun. Heç istəmirəm ki, futbol texnologiyalara bağlı olsun. Azərbaycanda da istəmirəm. Ona görə cəza verilməlidir? Bəs nə haqda danışaq? Əksinə, fikirləşirdim ki, “Neftçi”nin baş məşqçisi buna toxunursa, fikri ajiotaja yaradırsa... Haqlı olaraq orada qırmızı vərəqə olduğunu düşünmürdüm. Qaydalar nə deyir? Bunları kənara qoyduq. Fikirləşirdim ki, özləri də baxarlar, başa düşərlər və maksimum bir oyun cəza verərlər. Sambu yoxdur, onun da altından çıxacağıq. Sırf mən dedim deyə 2 oyun edirlərsə, hara gedib çıxacaq vəziyyət? İntizam Komitəsinin mənimlə prinsipi, qərəzi var?
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- “Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” çempion olmaq istəyir”
- “Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
- Kandido: “Qələbəyə layiq idik”
- Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
- U-20 millimiz Moldovaya uduzdu
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:50
“Neftçi” liderliyi ələ keçirdi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
01.11.2026
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























