4 May 2026, Bazar ertəsi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi
"Sumqayıt"dan hakimlərə etiraz

Ölkə futbolu

Emin Mahmudov "Neftçi"nin tarixində rekordçu oldu

Azərbaycan Premyer Liqasının 25-ci turunun son oyunu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, “Kəpəz”lə səfərdəki görüşün start heyətində yer alan 33 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü oyununu keçirir. O, yubiley matçına qədər 43 qola imza atıb.

Emin Premyer Liqada yalnız bir klubun – “Neftçi”nin formasını geyinib. O, Azərbaycan çempionatları tarixində “ağ-qara” formada 200 matç keçirən ilk oyunçudur. Yarımmüdafiəçi Premyer Liqadakı oyun sayında komandasının rekordçusudur.

Qeyd edək ki, Mahmudov Premyer Liqada 2017/18 mövsümündə debüt edib. O, 2017-ci ilin sentyabrın 24-də səfərdə “Qəbələ”yə qarşı (1:2) forma geyinib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31