10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

Yankoviç Panenko zərbəsi haqda: “Həmin anda heç bir qapıçı...”

“Neftçi”yə qarşı oyunlarımız həmişə çətin keçir. Budəfəki qarşılaşma da istisna olmadı”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç deyib.

Azərbaycan Premyer Liqasının 23-cü turunda “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdikləri görüş barədə danışan monteneqrolu futbolçu qeyd edib ki, azlıqda qaldıqdan sonra taktiki dəyişikliklər ediblər: “Bizim üçün vacib matç idi. Çempionatdakı hər görüşə 3 xal üçün çıxırıq. Bu dəfə də məqsədimiz qələbə qazanmaq idi. Oyunun əvvəlində qırmızı vərəqə aldıq. Azlıqda qaldıqdan sonra taktikanı dəyişdik. Maraqlı və gərgin oyun keçdi. Çox şadam ki qələbə qazandıq”.

Matçdakı yeganə qolun müəllifi olan Yankoviç 89-cu dəqiqədə penaltidən fərqləndiyi epizodda Panenka zərbəsi yerinə yetirdi. O, riskli addımının səbəbini belə izah edib: “Bəli, risk etdim. Amma düşündüm ki, bu cür oyunda və son dəqiqələrdə heç bir qapıçı rəqibdən Panenka zərbəsi gözləməz. Məhz buna görə də həmin anda zərbəni elə yerinə yetirdim”.

30 yaşlı futbolçu “Neftçi Arena”dakı ab-havadan da söz açıb: “Atmosferdə əla idi. Çox istərdik ki, hər matçda bu cür ajiotaj olsun”.

İbrahim Cəfərov








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31