10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

PFL-dən “Qarabağ” - “Kəpəz” oyunu ilə bağlı qərar

AFFA Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə PFL-in mətbuat xidməti açıqlama yayıb.

Müraciət 15 mart 2025-ci ildə Tovuz şəhərində Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcəyi səbəbindən həmin gün Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmalı olan “Qarabağ” - “Kəpəz” matçının yerinin dəyişdirilməsi ilə bağlıdır.

PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq Azərbaycan Premyer Liqasının 2024-2025-ci illər mövsümünün təqviminə dəyişikliyin edilməsinə qərar verib.

Beləliklə, 27-ci turun Bakıda keçirilməli olan “Qarabağ” - “Kəpəz” matçı martın 15-də “Kəpəz” - “Qarabağ” oyunu olaraq Tovuz şəhər stadionunda təşkil ediləcək.

Qeyd edək ki, sözügedən matç saat 17:00-da start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31