3 Aprel 2026, Cümə
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Sevinməyin adamına görə dəyişməkliyi
Vaqif Cavadov Azərbaycan millisində

Ölkə futbolu

Cavid Hüseynov: “60-65 dəqiqə çox yaxşı futbol oynadıq”

“İki dəfə dalbadal "Qarabağ"la qarşılaşdıq. Üç gün sonra bu rəqibə qarşı oynamaq bizim kimi komanda üçün çətindir. 60-65 dəqiqə çox yaxşı futbol oynadıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail”in baş məşqçisi Cavid Hüseynov Azərbaycan Premyer Liqasının XXII turunda “Qarabağ”a 0:5 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, komandasının heyətinin kasad olduğunu bildirib: “Dünənki məşqdə 15 futbolçu iştirak edib. Zədəlilərimiz var. Geniş heyətimizin olmamasının təsiri oldu ki, gücümüzü 90 dəqiqəyə çatdıra bilmədik. Bir neçə gün öncə kubok matçı olmasaydı, bu gün 90 dəqiqə yaxşı mübarizə görə bilərdik”.

C.Hüseynov zədəli futbolçuların durumuna belə aydınlıq gətirib: “Qorka Laruçça xəstələnib. Dünən halı yaxşı deyildi. Marko Nikoliç iki oyundur bizə kömək edə bilmir. Fərid Nəbiyev dünən zədələnib”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30