Ölkə futbolu
Əyyub Allaş: “Araz-Naxçıvan” bəxt sayəsində ikinci yerdə deyil”
“Araz-Naxçıvan”ın yeni transferi Əyyub Allaşın Futbolxeber.az saytına müsahibəsi
- “Kəpəz”lə oyunda “Araz-Naxçıvan”ın heyətində debüt etdiniz. İlk matçınızda komandanın xal itkisi ilə üzləşməsini necə qarşıladınız?
- Oyun bir qədər istədiyimiz kimi alınmadı. Qol şansları elə də çox deyildi. Düzdür, komanda olaraq fərqlənmək üçün çox çalışdıq. Təəssüf ki, rəqib qapısına yol tapmaq mümkün olmadı. İnanıram ki, gələn oyunlarda daha yaxşı nəticələr qazanacağıq.
- Yenidən Azərbaycana qayıtdınız. Təəssüratlarınız necədir?
- Burada olduğum üçün xoşbəxtəm. Yenidən Azərbaycanda forma geyəcəm. Bu, məni sevindirir.
- “Şerif”ə böyük ümidlərlə yollansanız da, 6 aydan sonra klubdan ayrıldınız. Buna səbəb nə oldu?
- “Şerif”ə yollanarkən xoşbəxt idim. Lakin həyatda hər şey planlaşdırdığımız kimi getmir. Sonradan müəyyən dəyişikliklər oldu. Buna görə də klubdan ayrılmalı oldum.
- “Şerif”in heyətində 5 matçda start heyətində yer almışdınız. Bunu nə ilə əlaqələndirmək olar?
- Bu, futbolla bağlı problem deyildi. Klubda rəhbər postda dəyişiklik oldu. Bu məqam klubdakı karyerama təsir etdi. Yəni məsələ futbolda deyil. Yeni direktor gəldi. Ümumiyyətlə, “Şerif” bir qədər qəliz klubdur. Hər fasilədə xeyli sayda futbolçu gəlir, xeyli sayda da oyunçu komandadan ayrılır.
- “Turan Tovuz”un da sizin xidmətinizdə maraqlı olduğu deyilirdi...
- Ola da bilər, olmaya da (gülür). Çünki bu işlərlə menecerim məşğul olur. Ona görə də dəqiq fikir bildirməkdə çətinlik çəkirəm.
- Başqa təkliflər var idi?
- İndi bu barədə nəsə demək artıqdır. Çünki artıq “Araz-Naxçıvan”dayam. Azərbaycanda oynamaq istədim. Burada hər şey məni qane edir. Ailəm də Bakıda yaşamaqdam məmnundur. Bura bizim üçün çox rahatdır. Azərbaycan müsəlman ölkəsidir, buna görə də bizi hər şeyi razı salır.
- “Araz-Naxçıvan”ın yarımmüdafiə xəttində çox ciddi rəqabət var. Bu məqam sizi narahat etmir?
- Rəqabət komandanı gücləndirir. Bu, müsbət haldır. Heç bir problem yoxdur. Məqsədim “Araz-Naxçıvan”a kömək etməkdir. Bunun üçün də əlimdən gələni edəcəyəm.
- Komandanın avrokuboklar şansını necə dəyərləndirirsiniz?
- Baş məşqçi Elmar Baxşıyevi yaxşı tanıyıram. Onun oyun tərzinə, məşq sisteminə bələdəm. Təbii ki, seçimimdə onun böyük rolu oldu. Digər tərəfdən də Azərbaycan çempionatını izləyirdim. Komandanın çıxışından, nəticələrdən məlumatlı idi. Bəlkə də çoxları üçün “Araz-Naxçıvan”ın turnir cədvəlindəki mövqeyi sürpriz ola bilər. Amma mənim üçün belə deyil. “Araz-Naxçıvan” bəxt sayəsində ikinci yerdə deyil. Komanda baxımlı futbol oynayır. Düşünürəm ki, bütün bunların yekununda avrokuboklara vəsiqə qazanmaq mümkündür. Mən də bu yolda komandaya əlimdən gələn köməyi edəcəm. Necə alınacağını zaman göstərəcək. İnanıram ki, qarşıya qoyulan hədəfə çatacağıq.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
04.11.2026
03.11.2026
02.11.2026
























