1 Aprel 2026, Çərşənbə
Riad Rəfiyev Harvardın məzunu oldu
“Dinamo” 6 qollu qələbə qazandı
“Bir qələbə ilə rahatlaşmaq olmaz”
Yığmamız 6 qolla qələbə qazandı

Ölkə futbolu

Bernardo Dias: “Maçadonun zədəsinə yox, bundan sonrasına köklənməliyik”

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Bernardo Diasın Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Zirə”ni məğlub etdiniz. 1:0 hesablı qələbəni necə şərh edərdiniz?

- Matça yaxşı başladıq. Təzyiq edirdik. “Zirə” isə qeyri-adi heç nə ilə yadda qalmadı. Fasilədən sonra müəyyən şeyləri düzəltməyə çalışdıq. Qol vurmaq üçün şanslarımız oldu. Bu qələbəyə layiq idik.

- Vurduğunuz yeganə qol matçın taleyini həll etdi...

- Yaxşı oynadıq. Qol vurmaq üçün çox şansımız oldu. Mənim də məqsədim komandaya kömək etməkdir. Qələbədə pay sahibi olmaq üçün əlimdən gələni edirəm.

- Cavab oyunu öncəsi şansları necə dəyərləndirirsiniz?

- “Zirə” yaxşı komandadır. Oyunumuzdakı bəzi çatışmazlıqları yaxşılaşdırmalıyıq. İkinci görüşdə hesabı qorumaq yox, qələbə qazanmaq barədə düşünməliyik. Məqsədimiz səfərdə də qalib gəlməkdir.

- “Araz-Naxçıvan” üçün Avropa yolunda əsas hədəf kubokdur, yoxsa çempionat?

- Hazırda əsas fikrimiz “Kəpəz”lə oyundadır. Həmin matçda 3 xalı qazanmalıyıq ki, turnir cədvəlindəki yerimizi qoruyaq. Məqsədimiz avrokuboka vəsiqə qazanmaqdır, fərqi yoxdur çempionatdan, yoxsa kubokdan. Addım-addım irəliləyirik.

- Komandanızın əsas hücumçusu Ramon Maçado zədələndi. Onun yoxluğu “Araz-Naxçıvan”ın çıxışına necə təsir edəcək?

- Ciddi problem yaşayacağımızı düşünmürəm. Düzdür, Maçado komandamız üçün vacib futbolçudur. Lakin heyətimizdə kifayət qədər bacarıqlı oyunçular var. Onun yoxluğunu unutduracaqlar. Düşünürəm ki, Maçadonun zədəsinə yox, bundan sonrasına köklənməliyik.

Fərəc Aslanov








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30