Ölkə futbolu
Qurban Qurbanov: “Bəzən futbolun düşünmədiyin anları var”
“Avropa Liqasında evdəki son matçımız idi. Bütün oyunlarda bizlərlə olduz, təşəkkür edirəm. Azarkeşlərə də minnətdaram. Şanslarımız az qalsa da, bizə inandılar, güvəndilər. Oyuna gəldikdə, danışacaq çox şey yoxdur. Bəzən futbolun düşünmədiyin anları var. Bu gün də onu gördük. Üç künc zərbəsi, üç qol. Son saniyələrdə dördüncü korneri vurdular. Rəqibi təbrik edirəm. Çox istəkli idilər. Qalib gələ də bilərdik. Görünür, hardasa yenə də səhvlərimiz var. Ümumən komandam çox əziyyət çəkdi. Bütün oyunlarda belə idi. Bu mövsüm ən uğursuz seriyamız oldu. Hansı ki, məğlub olmamalı oyunlarda uduzduq. Oyun baxımından... Deməli, bunun bizim üçün faydası var, hazır olmalıyıq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda FCSB-ya 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
- Bu gün Fabyan Buntiçi qapıya qoymağa peşman oldunuz?
- Xeyr. Koxalski zədəli idi. İki gün əvvəl zədələnmişdi. Peşman olmadım.
- Künc zərbələrindən buraxılan qollarda Buntiçin səhvləri var idi?
- Birində ola bilər. Amma təkrarda baxdım, çox da asan qollar deyildi.
- Juninyonun yoxluğu özünü göstərdi. "Qarabağ"ı gücləndirməyi düşünürsünüz?
- Avropa təcrübəsinə baxsanız, böyük klublar da üç illik, 5 illik heyət formalaşdırır. 3-4 ildən sonra eniş olur. Futbolda gördüklərimiz belədir. Böyük klubların iş prinsiplərini də analiz edirik. Baxırıq ki, nə vaxt uğursuz olmağa başlayır. Heyətə baxsaq, 3-4 futbolçunu sadəcə “23-lüy”ə salmışdıq. Onların üstün keyfiyyətlərindən istifadə edək deyə, salmamışdıq. Juninyo kimi futbolçuların olanda da uduzursan. O da qol epizodlarını qaçırır. Bundan əvvəlki oyunlarda görmüşük. Aleksey Kaşukun epizoduna gəldikdə, maksimum sürətli hücum idi. Onun orada olması çox vacib idi. Əsas odur. Qarşıdakı oyunlarda belə epizodlarda inanıram ki, Kaşuk daha yaxşı istifadə edəcək. Potensialı var. Gücləndirməyə gəldikdə, mütləq. Komandaya bir neçə yeni oyunçu dəvət etməyi fikirləşirik. Əfsuslar olsun ki, qışda çətindir. Qarşıdakı aylarda işimizi aktivləşdirəcəyik.
- UEFA Avropa Liqasındakı nəticələr "Qarabağ"ın daxili oyunlarına psixoloji təsir göstərə bilər?
- Ola bilər. Futbolçular çox üzgün idilər. Mütləq şəkildə çalışacağıq ki, qarşıdakı oyunlara daha da hazırlıqlı olsunlar. Hələ son oyunumuz "Olimpiakos"a qarşıdır. Ona da ciddi hazırlaşmalıyıq. Çünki böyük klublara qarşı oynamaq hər bir futbolçu üçün böyük təcrübədir. Gələn il də bu komandalarla qarşılaşa bilərik. İstər-istəməz belə nəticədən sonra futbolçularda üzgünlük olur. Ola bilər ki, ilk oyunlarda özünü göstərsin, get-gedə komandanı formalaşdırmağa çalışacağıq.
- FCSB-dən hansısa futbolçu diqqətinizi xüsusi cəlb etdi?
- Bütün kollektiv məni cəlb etdi. Tək-tək deməyim düzgün çıxmaz. Hər xətdə lider futbolçuları var idi. Məşqçinin seçdiyi oyun sxemini yerinə yetirən qabiliyyətli oyunçular var idi. FCSB kollektiv oyuna üstünlük verir. Cəlb edən oldu, ad çəkə bilməyəcəm.
- Leandro Andrade bu gün pleymeker oynadı və qol vurdu. Sizin üçün Andradeni vinger oynatmaq yaxşıdır, yoxsa pleymeyker?
- Sol ayağı olsaydı, həmişə sağda oynadardım. Digər futbolçulardan bir az seçilən biridir. Başqa xüsusiyyətləri var. Ondan pleymeyker kimi də yararlanırıq. Lazım olan qədər faydalanırıq.
- Avropa Liqanın format dəyişikliyi uğursuz nəticələrdə nə dərəcədə rol oynadı? Çünki adətən siz ilk oyundan sonra rəqibi daha yaxşı analiz edirsiniz. Burada isə belə şans yoxdur...
- Mən bir az geriyə qayıdacam. Bu il Avropa turnirlərinə hazırlaşmağımıza. Çox yaxşı hazırlığımız olmuşdu. Avstriyadakı matçlarda da, komandamız daha yaxşı, daha güvənli idi. Bunu ilk oyunlarda hiss etdik. "Linkoln", "Ludoqorets"lə matçları da bura daxil edə bilərəm. Komandada ümumi hazırlıq pis deyildi. Sadəcə nəticə olmadı. Bəli, format fərqli idi. Amma nəticə olmadı. Oyunun gedişatında daha da hiss olundu ki, bu mövsüm biz daha təcrübəli komanda olmuşuq, bu cür komandalara daha rahat hazırlaşıb, daha rahat oynayırıq. "Dinamo" (Zaqreb) ilə oyunları xatırlayaq, nə qədər qol epizodlarımız oldu. Görünür ki, builki avrokubok matçlarından mütləq yaxşı nəticə çıxarmalıyıq. Daha riskli futbol oynayırıq. Futbolçularım həmişə cəsarətli olmağa çalışıb. Öz istədiklərimizi həyata keçirməyə çalışırıq. Hansısa oyunlarda ustalıq səviyyəsi futbolçularda çatışmır. Bugünkü oyunda 3 künc zərbəsinə üç qol buraxdıq. Həqiqətən təsiredicidir. Formata gəldikdə, daha sonra daha yaxşı fikir söyləmək olar. Formatın üzərinə atmayaq ki, fikrimizdə o qalar. Futbolçulara başqa cür təsir edər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Nuriyev Macarıstan klubunda
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
-
18:00
"Arsenal"dan növbəti transfer
-
17:35
Messinin atası vəfat edib
-
16:08
Koxalski “Qarabağ”dan ayrılmağa yaxındır
-
15:26
Qızlardan ibarət basketbol millimiz Estoniyaya qalib gəlib
-
14:51
"Mançester Yunayted" onunla vidalaşdı
-
13:42
“Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
-
13:14
"Ganja Cup 2026" üzgüçülük yarışı keçirilib
-
11:39
Zidanın oğlunun yeni klubu müəyyənləşdi
-
10:57
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:23
II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
-
09:00
Elvin Yunuszadənin debütu uğursuz alındı
-
08:45
Nəriman rəsmən “Erzurumspor”da
-
21:27
Yuri Vernidub: “Məsuliyyət tamamilə mənim üzərimdədir”
-
21:00
Azərbaycan stolüstü tennisçiləri Türkiyədə beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
-
20:39
Qızlardan ibarət basketbol millimiz Şimali Makedoniyaya qalib gəlib
-
20:16
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
-
19:48
Cüdoçularımız üçün dünya çempionatı öncəsi seminar təşkil olunub
-
19:35
Qazaxıstan millisinin baş məşqçisi müəyyənləşdi
-
18:53
Musa Qurbanlı: “Bizim xarakterimizdə təslim olmaq yoxdur”
-
18:24
Elnur Abdullayev: “Özümə və komandama güvənirəm”
-
18:01
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
-
17:48
“Gələcəkdə Qubada Avropa standartlarına cavab verən stadionumuzun olmasını istəyirik”
-
17:17
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
-
17:00
"Səbail" 5 legionerlə müqavilə imzaladı
-
16:36
"Səbail"in İdarə Heyətinin üzvləri açıqlandı
-
16:29
Mirzə Bayrampur: “Hədəflərimiz böyükdür”
-
15:45
Azərbaycanın gənc qolfçusu beynəlxaq turnirin qalibi olub
-
15:13
Tanınmış klubun baş məşqçisi xəstəxanaya yerləşdirilib
-
14:52
Ponomarenko “Qarabağ”a vurduğu qoldan danışdı
-
14:34
“Gəncə”də yeni müqavilə
-
14:08
Bədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb
-
13:41
Bakı "Azerbaijan Junior Open 2026" beynəlxalq turnirinə ev sahibliyi edəcək
-
13:27
“Qarabağ” hələ tam hazır deyil, amma çox təhlükəlidir”
-
13:00
Azər Məmmədov: "Gəncə stadionunu tam dolduracağıq"
-
12:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:59
"Karvan-Yevlax"dan qapıçı transferi
-
11:13
Murad oynadı, “Pafos” uduzdu
-
10:45
"Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib
-
10:22
"Qarabağ"ın məğlubiyyəti VİDEO
-
10:08
Azərbaycan UEFA reytinqində neçəncidir?
-
09:54
Mahir İsveç klubuna qarşı 90 dəqiqə oynadı
-
09:31
"Qarabağ"ın potensial rəqiblərinin qarşıdurmasında darmadağın
-
09:17
İqor Kostyuk: "Qarabağ"a daha çox qol vura bilərdik"
-
09:00
Qurban Qurbanov: “Hücumda bir az aqressivlik çatmadı”
-
22:56
“Qarabağ” “Dinamo”ya məğlub oldu
-
21:39
"Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi
-
21:17
"Şəfa" rəhbərliyi komandanın məşqində
-
20:24
Slavik Alxasov I Liqa klubuna keçdi
-
19:00
Boks millimiz Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır
-
18:43
Asim Xudiyevə UEFA-dan yeni təyinat alıb
08.08.2026
07.08.2026
06.08.2026
























