3 Sentyabr 2025, Çərşənbə
"Zirə"nin tarixinə düşən qələbə
"Qarabağ" və "İmişli" qalib gəldi
Baxşıyev: “Çempionluq sözlə olmur”
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

AFFA Azərbaycan futbolunun 5 əsas hədəfini açıqladı

AFFA-nın bu gün açıqlanan İnkişaf strategiyanın 5 əsas hədəfi bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, sənəddə qarşıya qoyulan məqsədlər ictimaiyyətə açıqlanıb.

5 əsas hədəf kimi aşağıda qeyd edilənlər müəyyən edilib:

- Kişilərdən ibarət A milli komandanın FİFA reytinqində ən yaxşı 75, qadınlardan ibarət A milli komandanın isə ən yaxşı 50 komanda sırasına yüksəldilməsi bu strategiyanın uzunmüddətli hədəflərindəndir

- UEFA-nın klub reytinqində (kişilər) ilk 20-yə, qadın komandaları üçün isə ilk 40-yə daxil olmaq da uzunmüddətli hədəf olaraq nəzərdə tutulub.

- Avropanın aparıcı klublarının diqqətini cəlb edə biləcək istedadlı azərbaycanlı futbolçular və məşqçi heyətini yetişdirmək üçün Azərbaycan Respublikasının yeni, İnnovativ Futbolun İnkişafı Mərkəzinin yaradılması.

- Kişilərdən və qadınlardan ibarət aşağı yaş qrupu üzrə milli komandaların Avropa çempionatlarının final mərhələlərinə mütəmadi vəsiqə qazanması üçün rəqabətqabiliyyətliliyini təmin etmək.

- Azərbaycanın peşəkar klublarının ümumi bazar dəyərini ikiqat artırmaq.

Qeyd edək ki, İnkişaf strategiyası açıqlanan gün Azərbaycan FİFA-nın reytinqində 117-ci, UEFA-nın klub reytinqində isə 28-ci yeri tutur.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30