26 Avqust 2026, Çərşənbə
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Yuti Matias “Neftçi”dən gedir?

"Hazırda mən müqaviləmin sonuncu 6 ayındayam. Odur ki, ilkin müqavilə (başqa klublarla - red.) imzalaya bilərəm. Mənim klubum da (“Neftçi”) müqaviləni uzaqmaqla bağlı xahiş edib. Amma yekunda biz razılığa gələ bilməmişik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin mərkəz müdafiəçisi Yuri Matias bildirib.

Braziliyalı futbolçu Rumıniyanın “Digi Sport” nəşrinə müsahibəsində bildirib ki, Azərbaycan klubu ilə müqavilənin müddətini uzadacağını düşünmür: “Məni digər komandalar da istəyib. Amma məsələ açıq olaraq qalır. Böyük ehtimalla mən yaya qədər “Neftçi”də qalacam. Ondan sonra sərbəst futbolçu kimi gedəcəm”.

Yuri Matias əvvəllər çıxış etdiyi Rumıniya yüksək liqasına qayıdacağını istisna etməyib.

Matias Braziliyanın “Lance” nəşrinə mediasına müsahibəsində də yeni çağışlara hazır olduğu deyib. “Mən qapıları heç bir bazar üçün bağlamıram və yeni çağırışlara hazıram”.

Onunla bu ölkənin “Rapid”, “ÇFR Kluj” klublarının maraqlandığı bildirilb.

Xatırladaq ki, 2023-cü ilin iyulunda “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31