Ölkə futbolu
AFFA-nın səriştəsizliyinin növbəti sübutu
Ölkənin ən geniş coğrafiyasını əhatə edən və regionlarda futbolun inkişafı baxımından həyatı əhəmiyyət kəsb edən AFFA Region Liqası tamamilə iflic vəziyyətinə salınıb. Yeni mövsümün başlanması gözlənilən bir vaxtda AFFA bu yarışı təşkil etmək üçün lazımi iradəni ortaya qoya bilmir. Bu, idarəetmə qabiliyyətinin çatışmazlığını açıq-aşkar göstərir. Mövcud vəziyyət futbol ictimaiyyəti tərəfindən ciddi tənqid olunur, yeni rəhbərliyinin idarəçilik səriştəsizliyi hər ötən gün daha qabarıq önə çıxır.
Region futbolu: Gözəl xatirələrdə qalan mövsüm
2023/2024 mövsümündə AFFA Region Liqası çərçivəsində Cənub (8 komanda), Mərkəz (7 komanda), Şimal A qrupu (9 komanda), Şimal B qrupu (8 komanda) və Qərb (8 komanda) regionlarında oyunlar təşkil olunmuşdu. Hər bir oyun, hər bir final səhnəsi futbola olan sevginin regionlarda da nə qədər böyük olduğunu göstərirdi. Şamaxı şəhər stadionunda keçirilən final oyunu “Şimal” və “Hypers” komandalarını penaltilər seriyasına apararaq, futbol həvəskarlarının yaddaşında iz buraxmışdı. “Şimal” komandasının “Hypers” üzərində penaltilər seriyasında qazandığı qələbə bu liqanın nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi. Lakin görünən odur ki, bu, sadəcə olaraq keçmişin xatirələri kimi yaddaşlarda qalacaq. Ötən mövsümün ardından 2024/2025-ci illər mövsümü üçün tam susqunluq hökm sürür. AFFA yeni mövsümü başlatmaqda acizdir. Şəffaflıqdan uzaq yanaşmalar, qeyri-mütəşəkkil proses və tələsik açıqlamalar bu iflasın açıq nişanıdır. Bu mövsümün niyə keçirilmədiyi sualını AFFA-nın idarəçiliyi cavabsız qoyur. Region futbolunun can damarı olan bu liqanı iflic vəziyyətinə salan AFFA-nın buna açıqlama verməməsi, futbol ictimaiyyətində dərindən narahatlıq yaradır.
Formal tenderlərin arxasındakı reallıq
Ötən ilin avqust ayında AFFA Region Liqası üçün komandaları geyim dəsti ilə təmin etmək məqsədilə tender elan etdi. Amma bu tenderin nəticələri ictimaiyyətə açıqlanmadı. Bu qeyri-şəffaf yanaşma idarəetmədə problemin mövcud olduğunu göstərir. Həmçinin, tenderin elan edilməsindən sadəcə 8 gün sonra, avqustun 14-də, yeni mövsümün qeydiyyat prosesinin başlayacağı haqda məlumat verildi. Amma bu prosesin nəticələri haqda hər hansı məlumat yoxdur. Neçə komanda qeydiyyatdan keçdi? Məqsəd yeni komandalar cəlb etmək idi? Liqaya maraq əldə edilmədi? Assosiasiya bu sualları cavablandırmaqdan qaçır.
Boş vədlər
Dekabr ayında mətbuatda yayılan məlumatlarda Region Liqasının 40-45 komandanın iştirakı ilə keçiriləcəyi qeyd olunurdu. Ancaq artıq 2025-ci ilə daxil olmuşuq və bu vədlər hələ də reallığa çevrilməyib. Yalançı vədlərin arxasında gizlənən xaos, AFFA-nın şəffaflıqdan uzaq idarəetmə strategiyasını gözlərin qarşısında ifşa edir.
AFFA mətbuat katibi vasitəsilə daha irəli gedərək, 56 komandanın 4 zona əsasında yarışacağını, liqanın fevralın 2-də start götürəcəyini bildirdi. Bu liqa haqda konkret planların olmaması vəziyyətin ciddiliyini daha da artırır və təbii olaraq ortaya bir neçə (təqvim, oyun meydanları, maliyyə və inventar təminatı) sual çıxarır.
Zəif idarəetmənın acı nəticəsi
AFFA Region Liqasını keçirə bilməyərək ölkənin ən vacib futbol strukturunu zədələyir. Tender prosesindəki qeyri-şəffaflıq, qeydiyyat prosedurlarının qeyri-ciddi yanaşma, kadr potensialının olmaması, futbol idarəetmə sistemindəki səriştəsizlik, region futboluna ögey münasibət və bunun kimi digər yanaşmalar ciddi fəsadlara səbəb ola bilər. Futbol ictimaiyyəti artıq bu cür şəraitlə barışmaq niyyətində deyil. AFFA-dan tələb olunur ki, Region Liqasının bərpası üçün şəffaf, konkret planları ictimaiyyətlə bölüşsün. Region Liqasını təşkil etmək, sadəcə bir futbol yarışı deyil, regionlarda futbola olan marağı canlandırmaq üçün vacib bir addımdır.
TAĞI
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- “Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” çempion olmaq istəyir”
- “Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
- Kandido: “Qələbəyə layiq idik”
- Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
- U-20 millimiz Moldovaya uduzdu
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:50
“Neftçi” liderliyi ələ keçirdi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
01.11.2026
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























