2 Noyabr 2026, Bazar ertəsi
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”

Ölkə futbolu

Mark Tamaş “Neftçi”dən getdi

“Neftçi” Mark Tamaşla yollarını ayırıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə nemzetisport.hu yazıb.

Qeyd olunub ki, macarıstanlı futbolçu daha əvvəl “nemzetisport”a açıqlamasında qışda komandadan ayrılmaq istədiyini bildirmişdi. Tamaş oyun praktikasının azlığının onu qane etmədiyini söyləmişdi. Belə ki, 31 yaşlı müdafiəçi cari mövsüm cəmi 8 oyunda (7 çempionat, 1 kubok) forma geymək şansı qazanıb.

İndi isə bildirilir ki, artıq Tamaşla “Neftçi” arasında danışıqlar müsbət yekunlaşıb. Tərəfləe müqaviləni qarşılıqlı razılıq əsasında pozublar.

Qeyd olunub ki, Tamaş yeni ildən yeni klubda çıxış edəcək. Artıq bir neçə Avropa klubu onun xidmətində maraqlıdır ki, həmin sırada avrokubok iştirakçısı da var.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30