25 Sentyabr 2026, Cümə
“Neftçi” Cavadovu təbrik etdi
Ayxan Abbasovdan qələbə şərhi
Millimiz Tacikistana qalib gəldi
“Kasıblar”ın lideri – “Şamaxı”

Ölkə futbolu

Orxan Əliyev üçün əlamətdar qol

“Kəpəz”in futbolçusu Orxan Əliyev Azərbaycan çempionatlarında 30-cu qolunu vurub.

Futbolxeber.az saytının Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 29 yaşlı futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının XVII turunun “Neftçi” ilə səfər görüşündə (1:2) qeydə alınıb.

O, 30-cu qolunu 169-cu matçında vurub. O.Əliyev “Sumqayıt”da 14, “Araz-Naxçıvan”da 9, “Kəpəz”də 7 dəfə fərqlənib. O, oynadığı klublardan “Xəzər Lənkəran”la “Zirə”də qol hesabını açmayıb.

Gəncə klubunun üzvü Azərbaycan çempionatları tarixində 30 və daha çox qol vuran 102-ci oyunçudur. O, bu siyahıda Kamal Quliyev, Valter Quqlemon və Ceyhun Sultanovla 99-102-ci yerləri bölüşdürür.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30