Ölkə futbolu
Buz-buz “oyunu”... və ya “Şamaxı”nın planı necə baş tutmayıb?
Dünən Şamaxıda Azərbaycan futbolu adına daha bir xoş olmayan hadisə yaşandı. “Şamaxı” və “Səbail” futbol klubları olsalar da, güclərini hokkeydə sınadılar. Bəli, məhz hokkeydə. Çünki buzda futbol oynamırlar. Futbolu otun üzərində oynayırlar, otun...
Bu foto dünən 13:00 radələrində çəkilib. Yəni “Şamaxı” - “Səbail” oyununun başlanmasına 1 saat qalmış. Bu fotonu görən kimi adam istər-istəməz düşünür: oyunun başlanmasına 1 saat qalıbsa, meydança nə üçün qardan təmizlənməyib?
Sonradan Peşəkar Futbol Liqası (PFL) məlumat yaydı ki, “hava şəraiti ilə əlaqədar olaraq Şamaxı şəhər stadionunun ot örtüyü qarla örtülüb. Stadionunun tam hazır vəziyyətə gətirilməsini nəzərə alan PFL-in idarə heyətinin qərarına əsasən matç əvvəldən müəyyənləşdirildiyi kimi 14:00-da yox, 14:20-də start götürəcək”.
Bu yerdə ortaya daha bir neçə sual çıxır: Meydançanı təmizləmək mümkün idisə, bu, niyə əvvəldən edilməyib? 20 dəqiqə elə də böyük zaman kəsiyi deyil. Bu halda 20 dəqiqəyə nə dəyişəcək? Yaxud PFL-in qeyd etdiyi kimi, “Stadionunun tam hazır vəziyyətə gətirilməsi” mümkün olacaqmı?
Bu foto isə oyunun gedişi zamanı çəkilib. Göründüyü kimi, komandalar təkcə bir-biriləri ilə deyil, həm də buzla mübarizə aparırlar. Yəni “Stadionunun tam hazır vəziyyətə gətirilməsi” mümkün olmayıb.
Bütün suallara cavab tapmaq üçün kiçik araşdırma apardıq və hər şey məlum oldu. Əldə etdiyimiz məlumata görə, “Şamaxı” meydanı qardan qəsdən təmizləyib. Belə ki, hazırda heyət baxımından ciddi problem yaşayan bölgə təmsilçisi bu matçın təxirə salınmasını istəyib. Çünki “Səbail”lə oyun “Şamaxı” üçün Premyer Liqada qalmaq baxımından mühüm əhəmiyyət kəsb edirdi. Bu matçda qalib gələcəyi halda Ayxan Abbasovun komandası rəqibindən 8 xal aralanacaqdı. Matçın başqa vaxta keçirilməsi üçün PFL-ə müraciət də olunub. Lakin müsbət cavab alınmayıb. PFL-dən bildirilib ki, ən yaxşı halda görüş sabaha keçirilə bilər. Belədə “Şamaxı” meydana çıxmağa məcbur olub. Yekunda tam da olmasa, qismən meydan sahibləri istəklərinə çatıblar. Çünki indiki vəziyyətdə heç-heçə “Səbail”dən çox “Şamaxı”nın işinə yarayır. Hər halda əsas rəqiblərindən birinə uduzmamaqla komanda aradakı xal fərqini qoruyub.
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
09.11.2026
08.11.2026
07.11.2026
























