31 May 2025, Şənbə
Azərbaycan kubokunda final
Elşad Quliyevdən qələbə şərhi
Millimizin finaldakı rəqibi məlumdur
Millimiz dünya çempionatının finalında!

Ölkə futbolu

"Qarabağ" ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə 7-ci böyükhesablı qələbəsini qazanmaqla ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb.
 
Futbolxeber.az saytının Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda keçirdiyi 13 görüşün yarısından çoxunda 3 və ya daha çox top fərqilə qalib gəlib.
 
Bunadək 4 dəfə iştirakçılardan biri ilk 13 turda 7 oyunda rəqiblərini ağır məğlubiyyətə uğradıb. Buna nail olan ilk kollektiv Sumqayıt “Xəzər”idir. Komanda 1992-ci ildə belə uğur qazanıb. “Kəpəz” 1994/1995, “Neftçi” isə iki dəfə - 1996/1997 və 2000/2001 mövsümlərində 13 turda 7 dəfə böyük hesabla qalib gəlib.
 
“Qarabağ” son 24 ildə buna nail olan ilk komandadır.
 
Qeyd edək ki, Ağdam təmsilçisi cari mövsümdə “Araz-Naxçıvan”ı 4:1, “Kəpəz”i 3:0 və 5:0, “Neftçi”ni 4:0, “Şamaxı”nı 3:0, “Zirə”ni 4:0, “Səbail”i 3:0 hesabı ilə məğlub edib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31