Ölkə futbolu
Fernandu Santuşun yalanları...
İnternetdə bir qızla yazışarsan, sonra real həyatda görüşəndə görərsən ki, fotosu feyk imiş. Əslində, profil şəkli real həyatdakı görünüşündən tam fərqlənir. Arada düşünürəm ki, milli komandamızın baş məşqçisi Fernandu Santuşu da belə aldadıblar. Sadəcə burda vəziyyət fərqlidir. Sanki Azərbaycan millisi haqda təsəvvürü olsun deyə, Santuşa yığmamızın əvvəlki matçlarını deyil, Monqolustanın, yaxud San Marinonun oyunlarını göstəriblər. Belə düşündüyümə görə məni qınamayın. Az əvvəl Fernandu Santuşun İsveçlə oyundan öncə təşkil olunan mətbuat konfransını izlədikdən sonra məhz bu cür düşünməyə məcburam. Gələcəklə bağlı ümidli fikirlərini qoyuram bir kənara. Amma “Oyunumuzda böyük dəyişiklik var” demək heç bir məntiqə sığmır.
Azərbaycan millisi tarixi rəzalətin - San Marino, Cəbəllütariq, Andorra kimi ən zəiflərin yer aldığı D Liqasına yuvarlanmaq ərəfəsindədir, cənab Santuş isə hələ də “oyunumuzda böyük dəyişiklik var” deyib, bizə yaxşı oyun nağılı danışır. Cənab Santuş, vallah, biz - azərbaycanlı futbolsevərlər, jurnalistlər - buna qədər “yaxşı oyun” nağıllarını çox eşitmişik. Bizə nəticə lazımdır, nəticə! Hansı ki, sizdən əvvəlkilərin dövründə pis-yaxşı, az-çox olsa da, var idi.
Biz nağıl danışmırıq. Bəziləri kimi Rövşən Nəcəfin, Balakişi Qasımovun, Sərxan Hacıyevin gözündə yaxşı görünmək üçün nağıl da cızma-qara etmirik. Rəhmətlik Böyükağa Hacıyev demişkən, kimlərinsə yanında xal qazanmaq üçün sual da vermirik. Dediklərimiz fakta söykənir.
Məsələn, Fernandu Santuşun rəhbərliyi altında milli komandamız keçirdiyi 5 oyunun heç birində qələbə qazana bilməyib. Bu, faktdır. Portuqaliyalı mütəxəssisin “oyunumuzda böyük dəyişiklik var” fikri subyektiv yanaşmadır. Niyəsini də izah edək. Götürək millimizin Santuşun gəlişindən öncəki son oyununu. İyunun 11-də Arif Əsədovun rəhbərliyi altında Azərbaycan millisi yoxlama matçında Estoniyadan daha güclü olan Qazaxıstan üzərində 3:2 hesablı qələbə qazanmışdı. Həmin 90 dəqiqədə Azərbaycan yığması Santuşun rəhbərliyi altında keçirdiyi 5 oyundakı qədər - 3 qol vurub. Yaxud götürək statistikanı. Santuşun bəh-bəhlə təqdim etdiyi Estoniya ilə matçda milli komandamızın qapı istiqamətində endirdiyi 15 zərbədən cəmi 3-ü “çərçivə”yə gedib. Qazaxıstanla görüşdə millimizin rəqib qapısına endirdiyi zərbə sayı 25 olub ki, onlardan 8-i “çərçivə”yə gedib. Bu halda Fernandu Santuş hansı inkişafdan, irəli getməkdən danışır? İnciməyin, amma belə deməklə siz Arif Əsədovun haqqına girirsiniz, cənab Santuş.
Amma Fernandu Santuşun haqqına girdiyi tək Arif Əsədov deyil. Portuqaliyalı De Byazinin də haqqına girir. Millimiz italiyalı mütəxəssisin rəhbərliyi altında ilk oyunda öz meydanında uduzduğu İsveçi düz 1 il əvvəl Bakıda 3:0 hesabı ilə məğlub etmişdi. Ondan 1 ay əvvəl isə De Byazili millimiz Santuşun iki oyunda məğlub edə bilmədiyi Estoniyanı səfərdə 2:0 hesabı ilə üstələmişdi... Uzun-uzadı uzatmağa ehtiyac yoxdur. Fernandu Santuş hər nə qədər millimizin oyununda inkişaf olduğunu desə də, əlahəzrət fakt qarşısında acizik - Azərbaycan millisi tarixi rəzalətin - D Liqasına yuvarlanmağın bir addımlığındadır. Və bu rəzalətə heç nə haqq qazandıra bilməz. Rövnəq Abdullayevin dövrü belə getdi, Elxan Məmmədovun zamanında elə oldu - bunlar hamısı bəhanədir, kimlər üçünsə təsəllidir. Estoniya kimi komandanı 2 oyunda məbləğ edə bilməməyin bəhanəsi ola bilməz, bəylər, özünüzü aldatmayın!!!
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- U-20 millimiz Moldovaya uduzdu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qəbələ” yaponlara məğlub oldu
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
02.11.2026
01.11.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























