9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

"Qarabağ" 1-ci, "Neftçi" 4-cü, "Səbail" sonuncu...

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) ölkələrin yerli çempionatlarında cərimə meydançasından qapıya ən çox zərbə vuran klubların statistikasını açıqlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, siyahıda Azərbaycan Premyer Liqasının statistik göstəriciləri də var. 
 
Azərbaycan çempionatında cərimə meydançasından qapıya ən çox zərbə vuran klub "Qarabağ"dır. Ağdam təmsilçisi hər matçda ortalama 6,67 dəfə qapıya cərimə meydançasından zərbə endirib. 
 
2-ci yerdə "Sabah"dır - hər matçda ortalama 6 zərbə. İlk "3-lüy"ü isə "Turan Tovuz"dur - ortalama 4.38 zərbə.
 
Azərbaycan Premyer Liqasında cərimə meydançasından qapıya ən çox zərbə vuran klubların sıralaması
 
1. "Qarabağ" - ortalama 6.67 zərbə
 
2. "Sabah" - ortalama 6 zərbə
 
3. "Turan Tovuz" - ortalama 4.38 zərbə
 
4. "Neftçi" - ortalama 4.31 zərbə
 
5. "Araz-Naxçıvan" - ortalama 3.83 zərbə
 
6. "Şamaxı" - ortalama 3.75 zərbə
 
7. "Sumqayıt" - ortalama 3.67 zərbə
 
8. "Zirə" - ortalama 3.54 zərbə
 
9. "Kəpəz" - ortalama 2.46 zərbə
 
10. "Səbail" - ortalama 2.08 zərbə







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31