4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Ölkə futbolu

İsgəndər Cavadovdan Balaşiki Qasımova cavab: “Biz heç vaxt futbola rəhbərlik etməmişik”

“Bu, onun fikridir. Amma Azərbaycan futbolunun bu vəziyyətdə olmasının günahkarı veteranlar deyil”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri veteran futbolçu, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov AFFA-nın vitse-prezidenti Balakişi Qasımovun bu günlərdə verdiyi müsahibədə futbolumuzun hazırkı durumda olmasına görə veteran futbolçuları günahlandırmasına münasibət bildirərkən deyib.

İ.Cavadov bildirib ki, veteranlar heç vaxt ölkə futboluna rəhbərlik etməyiblər: “Balakişi müəllimin fikirləridir, nə deyim... Özü bilər. Ancaq mən hesab edirəm ki, bizim günahımız yoxdur. Çünki biz veteranlar heç vaxt futbola rəhbərlik etməmişik”.

Fərəc Aslanov








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31