19 Aprel 2026, Bazar günü
"Qarabağ" "Sabah"a məğlub oldu
Millimiz Andorraya qalib gəldi
Füzuli Məmmədovdan qələbə şərhi
Nazirdən "Neftçi" paylaşımı

Ölkə futbolu

“Boqo Qlimt”in baş məşqçisi: “Qarabağ"ın da güclü və zəif tərəfləri var"

"Asan oyun olmayacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Bodo Qlimt”in baş məşqçisi Hyetil Knutsen Norveçdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqası matçından əvvəl mətbuat konfransında deyib.

56 yaşlı mütəxəssis rəqibi təhlil etdiklərini bildirib: "Onlar turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıblar. Buna fikir verməməli və sabahkı görüşdə hər şeyə hazır olmalıyıq. Avrokuboklarda hər görüş çətin keçir. "Qarabağ"ın da güclü və zəif tərəfləri var".

Baş məşqçi Azərbaycan çempionunun ötən tur Bakıda Niderland təmsilçisi "Ayaks"a uduzmasını (0:3) xatırlayıb: "11 nəfərlə çox yaxşı mübarizə aparırdılar. "Qarabağ" azlıqda qaldıqdan sonra məğlub oldu".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Bodo Qlimt” - “Qarabağ” oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30