Ölkə futbolu
“Növbəti qələbə üçün “Səbail”lə üçüncü dövrədəki oyunu gözləmək lazım gəlməyəcək”
“Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlovun Futbolxeber.az saytına müsahibəsi
- Son turda “Səbail”i məğlub etməklə 3 xal həsrətinə son qoydunuz. Qazanılan 1:0 hesablı qələbəni necə şərh edərdin?
- Yaxşı oyun alındı. Komandada konsentrasiya, istək, mübarizə əzmi daha yaxşı idi. Layiqli qələbə qazandıq. Hər oyun belə olsa, qələbələr gələcək. Düzdür, çalışacağımız detallar çoxdur. Lakin inanıram ki, qələbə bizə motivasiya verəcək. Bundan sonra daha da çox çalışacağıq.
- Əvvəlki oyunlarda niyə konsentrasiya, istək belə deyildi?
- Əvvəlki oyunlarda da istək, konsentrasiya var idi. Sadəcə oyundan oyuna fərq olur. Yeni baş məşqçi gəlib. Onun rəhbərliyi altında ilk matçda zəif çıxış etdik. Amma bu o demək deyil ki, istək yox idi. Sadəcə oyun alınmayanda bəzi futbolçular həvəsdən düşür.
- Sona yaxın “Səbail” penalti vurmaq hüququ qazandı. Həmin anda düşünmədin ki, qələbə əldən getdi?
- Yox. Çünki inanırdım ki, qol buraxsaq da, yenidən hesabda önə keçə bilərik. Hücumlarımız alınırdı. Penaltidən qabaq ikinci qolu vursaydıq, daha rahat olardı.
- Üçüncü turda “Səbail”i məğlub etdikdən sonra 1 dövrə qələbə qazana bilmədiniz və yalnız 11-ci turda yenə bu komanda ilə matçda uğursuzluğa son qoydunuz. “Sumqayıt”ın növbəti qələbəsi üçün “Səbail”lə üçüncü dövrədəki oyunu gözləmək lazım gəlməyəcək?
- İnanmıram. Biz də istəməzdik belə vəziyyətə düşək. Fikrimcə, bundan sonra yaxşı olacaq. İnanıram ki, “qara zolaq” bu oyunla da bitdi.
- Ola bilərmi ki, aşağı pillələrdə olmağınız komandanı psixoloji cəhətdən təzyiqdə saxlayır?
- Əlbəttə, turnir cədvəlindəki mövqeyimiz çıxışımıza təsir edir. Həm də hər şey üst-üstə gəldi. Oyunumuz alınmırdı, nəticələr pis idi, baş məşqçi dəyişikliyi oldu - hər şey üst-üstə gələndə çətinlik çəkirsən. Millinin oyunlarına görə çempionatda yaranacaq fasiləyə 2 tur qalıb. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı “Sabah” və “Araz-Naxçıvan”la matçlarda yaxşı nəticə qazanacağıq.
- Matçdan sonra klub rəhbərliyi paltardəyişmə otağına gələrək komandanı təbrik etdi...
- Sağ olsunlar, həmişə gəlirlər, hətta uduzanda da bizə dəstək olurlar. Bu dəfə də komandanı təbrik etdilər. Arzuladılar ki, qələbənin ardı gəlsin.
- Vaqif Cavadovun gəlişi komandada nəyi dəyişib?
- Təbii ki, məşqçidən məşqçiyə fərq var. Amma ciddi bir dəyişiklik omayıb. Hazırda sistem də, tələblər də eynidir. Taktiki cəhətdən bir söz deyə bilmərəm. Həm də düşünürəm ki, bir qədər vaxt lazımdır. Yeni məşqçinin tələbələrinə nə qədər tez uyğunlaşsaq, bir o qədər yaxşı olar.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
09.11.2026
08.11.2026




















.jpeg)

.jpg)

