2 Noyabr 2026, Bazar ertəsi
"Sumqayıt" autsayderə qarşı
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"

Ölkə futbolu

"Zədəsiz oyun keçirmək istəyirdik"

"Kəpəz"in baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində "Ağdaş"ı 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.
 
Futbolxeber.az saytının məlumatına görə, o, komandasının qələbəsini belə şərh edib:
 
"Kubok yarışında aşağı liqa klublarının iştirakı komanda sayını artırıb. İkinci liqa təmsilçiləri ilə Premyer Liqa klubları arasında təbii ki, böyük fərq var. Bu, bütün komponentlərdə özünü göstərir. Düşünürəm ki, növbəti illərdə daha yaxşı, mübarizəli oyunları izləyəcəyik. "Ağdaş" kollektivinə növbəti oyunlarda uğurlar arzulayıram. Özümüzə gəlincə, qarşıda çətin çempionat matçı olduğundan zədəsiz oyun keçirmək istəyirdik. Uşaqlar meydançada qaçdılar, oynadılar. Əvəzedici komandamızdan gənclərə də şans verdik. Onların oyununa baxdıq".







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30