Ölkə futbolu
Qərəz, sifariş, yoxsa şəxsi maraq?
Azərbaycan futbolunda klub prezidentləri arasında son zamanlar adı mətbuatda ən çox hallanan Riad Rəfiyevdir. Baxmayaraq ki, o, nə flaqman “Neftçi”nin, nə Azərbaycan futbolunun 1 nömrəsi olan “Qarabağ”ın, nə də hər il milyonların dövr etdiyi “Sabah”ın prezidentidir. Rəfiyev “Sumqayıt”a rəhbərlik edir. Hansı ki, onun gəlişinə qədər bu klub demək olar ki, həmişə autsayder hesab olunub. Bəs bu halda nədir Rəfiyevi mətbuat üçün belə “maraqlı” edən?
Bəli, Riad Rəfiyev əvvəl menecerliklə məşğul olub. Eləcə də AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru olarkən Emin Mahmudov, Ramil Şeydayev kimi futbolçuların milli komandamızın heyətinə cəlb olunmasında vasitəçilik edib.
Lakin 2018-ci ilin 9 martından Rəfiyev “Sumqayıt”ın prezidentidir. Məhz onun gəlişindən sonra “gənclik şəhəri”nin təmsilçisi sözün həqiqi mənasında ağ günə çıxıb. Bunu biz yox, əlahəzrət statistika deyir. Belə ki, Riad Rəfiyevin prezidentliyi dövründə “Sumqayıt” tarixində ilk dəfə Azərbaycan çempionatında medal qazanıb, iki dəfə ölkə kubokunda finala yüksəlib, eləcə də 3 dəfə avrokuboklara vəsiqə əldə edib. 6 il ərzində məhdud büdcəsi olan klub üçün bu, böyük uğur deyil, bəs nədir?
Bu halda Riad Rəfiyevə qarşı “hücum”ların səbəbi nədir? Gəlin kiçik bir araşdırma edək. Quqlda Riad Rəfiyev yazıb, axtarış veririk. “Riad Rəfiyev “Sumqayıt”dan göndərilir” - bu ilin aprelinin xəbəri, “Riad Rəfiyev "Sumqayıt"dan göndərilə bilər” - 2022-ci ilin mayının xəbəri, “Sumqayıt”da Riad Rəfiyev dönəmi başa çatır?” - 2023-cü ilin dekabrının xəbəri, “Riad Rəfiyev "Sumqayıt"dan göndərilir?” - 2023-cü ilin avqustunun xəbəri və s. Gördünüyü kimi, artıq iki ildən çoxdur mətbuatda boşluq olanda Rəfiyev “Sumqayıt”dan “göndərilir”/“gedir”. Amma o, işinin başındadır. Elə son turda səfərdə “Səbail”i məğlub etdikləri matçdan sonra “Sumqayıt”ın Müşahidə Şurasının üzvləri ilə birgə paltardəyişmə otağına gələrək komandanı təbrik etdi. Heyif zarafatımız yoxdur, yoxsa deyərdik ki, Riad bəy, bəs deyirlər həbs olunmusunuz?
Kiminsə bostanına daş atmaq fikrindən uzağıq. Hərənin bir yolu, hərənin Sərxan Hacıyev demişkən, bir strategiyası var. Amma məhdud büdcəli kollektivi 6 ildə 3 dəfə Avropaya çıxarmış klub prezidenti barədə “idarəetmə fiaskosu” ifadəsini işlətmək kökündən yanlışdır. “Sumqayıt” kimi klubun 3 dəfə avrokuboklara vəsiqə qazanması, 2 dəfə kubokda final oynaması, 1 dəfə bürünc medal qazanması fiaskodursa, onda bəs məsələn, Maqsud Adıgözəlovun “Sabah”dakı fəaliyyəti nədir? Büdcəsi 10 milyondan az olmayan “Sabah”ın Premyer Liqaya gəlişi ilə Rəfiyevin “Sumqayıt”ın prezidenti təyin edilməsi demək olar ki, eyni vaxta təsadüf edib. Və bu 6 ildə “Sabah”dan büdcəsi minimum 3 dəfə az olan “Sumqayıt” daha çox uğur qazanıbsa, bu halda necə Rəfiyev pis idarəçi, Adıgözəlov isə gözün üstə qaşın var deyilməyən, mətbuatdan tənqidin t-sini də görməyən klub rəhbəri olur? Fikrimiz bu iki klub rəhbərini müqayisə etmək deyil. Sadəcə maraqlıdır ki, niyə “obyektiv” insanlar Rəfiyevi “xalq düşməni” elan edib, Adıgözəlovu “futbolumuzun xilaskarı” qismində görürlər? Məncə, səbəb aydındır... Sadəcə çox dərinə getməyə ehtiyac yoxdur. Hər halda heç kim çörəyi qulağına yemir...
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
-
15:13
Azərbaycan komandası TeamGym üzrə Avropa çempionatında finala vəsiqə qazanıb
-
14:48
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
-
14:32
İtaliya klubunda yeni baş məşqçi
-
13:54
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək
-
13:00
Futzal millimizin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
-
12:47
Azərbaycan klubu braziliyalı legionerlə güclənib
-
12:25
Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edəcək
-
11:56
"Qarabağ" "Neftçi" ilə oyuna hazırlaşır FOTOLENT
-
11:31
Azərbaycan kayakçı və kanoeçiləri beynəlxalq yarışda 4 medal qazanıblar
-
11:09
“Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
-
10:43
"Mançester Siti" - PSJ matçında 6 qol VİDEO
-
10:28
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:14
"Aston Villa" "Fənərbaxça"nı darmadağın etdi VİDEO
-
09:52
DÇ: Günay Qurbanova finalda, Ruslan Nurullayev bürünc medal qazanıb
-
09:30
9 qolluq oyunda "Liverpul" qalib gəldi VİDEO
-
18:25
“Dinamo” - “Kür-Araz” matçında 4 penalti, 10 qol VİDEO
-
17:46
Türkiyə klubunda yeni baş məşqçi
-
16:51
"Kür"ün növbəti rəqibi bəlli olub
-
16:03
Boks millimiz Avropa çempionatında üçüncü yeri tutub
-
15:34
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
-
14:27
Bakıdakı dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
-
13:40
DÇ: Minifutbol millimiz BƏƏ-ni məğlub etdi
-
13:12
Futzal millimizin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
-
12:58
Qadın güləşi millimizin üzvləri Qazaxıstana yollanıblar
-
12:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:09
Asim Xudiyev UEFA Region Kubokunun oyunlarına təyinat alıb
-
11:46
"Atletiko" "Mançester Yunayted"i məğlub etdi VİDEO
-
11:23
ABŞ səfirliyi Azərbaycan cüdoçularını dünya çempionatında uğurlu çıxışa görə təbrik edib
-
10:54
"Lans" öz meydanında "Sportinq"lə bacarmadı VİDEO
-
10:31
Güləşçimiz dünya çempionatında gümüş medal qazanıb
-
10:17
"Qalatasaray" - "Barselona" matçında 5 qol VİDEO
-
10:00
Millimiz “Antalyaspor”a qalib gəlib
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
15.10.2026
14.10.2026
13.10.2026
























