Ölkə futbolu
Qurban Qurbanov: “Çox vacib qalibiyyət idi”
"Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. İlk hissədə çox yaxşı müdafiə olunmuş komandaya qarşı oynayırdıq. "Şamaxı" çox sıx, çox kompakt oynayırdı. Ona görə ilk hissədə bir, ya iki qol epizodumuz oldu. İkinci hissə daha açıq oyun getdi. Futbolçularımıza oynamaq daha rahat oldu. Vacib qələbə idi. Hər qələbə çempionatdakı yerimizi qoruyub-saxlamağımız üçün vacibdir. Ayxan Abbasova və komandasına uğurlar arzulayıram. Oyunun əvvəlində mənə və komandama dəstək olan azarkeşlərimizə təşəkkür edirəm".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 11-ci turunda “Şamaxı”nı 3:0 hesabı ilə məğlub etdikləri oyunun sonra keçirilmiş mətbuat konfransında deyib.
Daha sonra o, jurnalistlərin suallarını da cavablandırıb.
- "Zirə" "Azərsun Arena"da məskunlaşdığı üçün oyununuzu Respublika stadionunda keçirdiniz, yoxsa başqa səbəb var?
- Xeyr. Bir az meydançada təmir işləri gedir. Ot örtüyü ilə bağlıdır. İki meydançamız var orada, məşq və oyun. Bu ay ola bilər ki, həmin meydançalarımız təmir edilsin və oyunlarımızı burada keçirək.
- Juninyoya istirahət vermişdiniz?
- Son oyunda əzələsində bir az ağrı hiss olundu. Həkimlər çox da risk etməyin tərəfdarı olmadı. Ona görə heç heyətə daxil etməmişdik.
- "Şamaxı"nın qapısına təyin edilən penalti qərarı barədə fikriniz necədir? Digər məşqçilər hakimlikdən çox şikayətçidir. Onların performansında eniş var?
- Əfsuslar olsun ki, nə qədər futboldan danışılırsa, bir o qədər də hakimlikdən danışılır. Bu, heç yaxşı hal deyil. Dünya futboluna baxsaq, hər yerdə eyni ssenaridir. Bəzən biz də anlaya bilmirik ki, bizim düşüncəmizlə düzdür demək, hansı epizodda hakimin qərarının düzgün olduğunu düşünmək olar. Elə qaydalar deyirlər ki, biz onu bilmirik, görməmişik, eşitməmişik. Kitabla elə şeylər deyirlər ki, belə qalırıq. Bəli, elə bugünkü penalti də yüngül, asan penalti idi. Amma ümumən avrokuboklardakı son oyunda gördüklərimdən sonra öz hakimlərimizə deyəcək söz yoxdur. İşlərini görürlər. Həmişə tərəfdarı olmuşam ki, bəsit sarı, qırmızı kartlar verilməsin. Çünki hər bir komanda həftəboyu hazırlaşır ki, hansısa oyun üslubunu qursun, rəqabət göstərsin. Ancaq görürsən ki, bəsit sarı vərəqə oyunçunu ehtiyatlandırır və ikinci sarı vərəqədən sonra komanda azlıqda qalır, bütün planlar pozulur. Burada həm futbolçuların, məşqçinin, rəhbərliyin əziyyəti heç olub gedir. Futbol çox kapriz idman növüdür. Hakimlik də ağır peşədir. Hamımız mən qarışıq gedək hakimliyin üstünə, onlar da çətinlik çəkə bilərlər. Futbol mübarizə oyunudur. Bugünkü oyunun tempi o qədər dayandı ki, futbolçularım bəlkə yorğun idilər. Amma yorğun halda da, tempi gərək qaldırmaq qabiliyyətində olsunlar. Oyun sanki çox dayandı, pauzalar çox idi. Hakimlərdə də, bizdə də, futbolumuzda da temp qalxmalıdır. Çox cüzi olaraq hakimləri qınayıram. Çünki onların peşəsi çox ağırdır, qayda-qanunlar var.
- Avropa Liqasındakı ardıcıl üç məğlubiyyət komandada ruh düşkünlüyünə səbəb olmayıb?
- Hər məğlubiyyətdən sonra istər-istəməz ruh düşkünlüyü olur. Amma bizim işimiz bir günlə, 1-2 oyunla bitmir. İlboyu oyunlarımız, mübarizəmiz davam edir. Belə hallarla biz hər il üzləşirik. Çalışmışıq ki, məğlubiyyətləri doğru qəbul edərək, səhvlərimizi özümüz görərək onları aradan qaldıraq. Bu vəziyyətdən də çıxmağa çalışırıq. İnanıram ki, qarşıdakı oyunlarda bu məqam bizim üçün bir o qədər də psixoloji sarıdan mane olmayacaq. Biz peşəkarıq, peşəkar kimi davranmağa çalışırıq. Meydana çıxmışıqsa, məğlubiyyətdən də qaça bilmərik. Əksinə, digər oyunlara necə hazırlaşacağıqsa, onu tez bir zamanda ələ almaq lazımdır. Ruh düşkünlüyü olsa da... Belə oyunlardan sonra həmişə olacaq. Çalışırıq ki, digər oyunlarda bunu hiss etməyək.
- Avropa Liqasındakı digər rəqiblərinizi indidən təhlil etməyə başlamısız?
- Ümumən bütün rəqiblərin oyunlarına baxmışam, hər biri haqda məlumatım var. Amma tam olaraq, həmin oyuna hazırlaşdığımız müddətdə analiz edəcəyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- “Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” çempion olmaq istəyir”
- “Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
- Kandido: “Qələbəyə layiq idik”
- Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
- U-20 millimiz Moldovaya uduzdu
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
01.11.2026
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























