Ölkə futbolu
“Artıq geriyə yolumuz yoxdur”
“Qalibiyyət üçün çıxmışdıq meydana. Artıq geriyə yolumuz da yoxdur. Hər oyuna da bu cür çıxacağıq. Bunun üçün hər şeyi etdikmi? Bu suallara komandanın içində aydınlıq gətirəcəyik. Nə lazımdırsa, onu da edəcəyik, bunun üzərində dayanayacağıq. Birinci hissədə yaxşı futbol oynamağa çalışırdıq. Bəzi epizodlarda sanki risk etməkdən, top itirməkdən çəkinirdik. Daha da qabağa getməkdən ehtiyatlanırdıq. Bəlkə də komandada bundan qabaq baş vermiş proseslərdəndir. Proses deyəndə ki, qalibiyyətsizlik, uduzmaqları nəzərdə tuturam. Yavaş-yavaş futbolçulara da dedim ki, belə psixoloji durumu bu oyunlarla aşa bilərik. Qalib gəlsəydik, daha yaxşı olardı. Bugünkü bir xala görə futbolçularımı təbrik edirəm. Güc sərf etdilər. Sizi əmin edirəm ki, bu deyilik, daha yaxşı olacağıq. İstəmirəm bu sözün üzərində dayanım ki, bizə zaman lazımdır. Çalışacağıq ki, tez edək”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Sabah”a qarşı keçirilən oyundan (0:0) sonra mətbuat konfransında deyib.
O, ötən oyunun ən yaxşılarından olan Alfa Kontenin bu gün ehtiyatda qalmasının səbəbini belə izah edib: “Əlimizdə 20-21 futbolçumuz var. Onlar arasında zədəlilər də yox deyil. Futbolçuları bu cür komandada tonusda saxlamaq lazımdır. Mən gələnə qədər Lebon oynayırdı. Kim nəyə qadirdir, kim hansı komandaya qarşı nə edə bilər, bunlar mənim üçün də informasiya olmalıdır. Bütün futbolçuları yoxlamalı, oynatmalıyam. Bütün futbolçulardan razıyam, rotasiyalar olacaq. Hansısa futbolçu buradan gedəndə, mənə də sualları olacaq, insandır. Sual verə bilər ki, məni harada oynatdınız, hansı oyunda gördünüz... Bunlara da cavab tapmaq üçün onların hamısını yoxlamalıyıq. Hamısı eyni səviyyədə olan futbolçulardır. Bu cür komandalarda futbolçuları tonusda saxlamalıyıq”.
Mütəxəssis komandasının fiziki durumu barədə danışmaq istəməyib: “Problemlər varsa, onları həll edəcəyik. Məşqlərdə tam başqa oluruq, oyunda tam başqa şeylərlə rastlaşdıq”.
“Qarşıdakı dörd ev oyununda neçə xal qazansanız, bunu uğur sayarsınız?” sualını “Neftçi”nin çalışdırıcısı belə cavablandırıb: “İndi elə durumdayıq ki, düşdüyümüz vəziyyət kritik idi. Yaxşı deyildi. Bu gün qalib gəlirsən, amma səndən irəlidə gedənlər də qalib gəlir. İndiki vəziyyətdə prioritetimiz onlara qaçıb çatmaq olacaqsa... Çox şeyləri edə bilməmək qorxusu da var. Bu gün penaltidən qol buraxsaydıq, ondan sonra tam psixoloji "ölməyimizə" səbəb olardı. Biz başqa yön seçmişik ki, hər oyuna məşqlərdə hazırlaşaq”.
S.Abasov digər futbolçularla müqayisədə Emin Mahmudovun onun üçün üstün cəhətini belə izah edib: “Eminin bugünkü gündə digər futbolçulardan mənim üçün üstün cəhəti onlardan futbolçu olaraq seçilməsi deyil, sadəcə mənimlə işləyib, nə istədiyimi bilir. O rahatlığı Emində görürəm. Bunu meydanda digər futbolçulara da çatdıra bilər. Məşqlərdə də görürəm ki, Emin oynamaq üçün alışıb-yanır. Ondan da çox razıyam”.
46 yaşlı məşqçi futbolçularının hələlik məğlub psixologiyasından tam qurtulmadıqlarını bildirib: “Bəzi futbolçularda bu, açıq-aşkar sezilir. Bəzi futbolçularda məşqdə və oyunda tam əksini görürsən. Qalibiyyət gəldikcə, hər şey öz yerinə oturacaq. Doqquz oyun udmamaq zarafat deyil. Əlbəttə ki, bu məqam futbolçulara psixoloji olaraq təsir edir. Yəni, "yenə uduzub haralara düşə bilərik" qorxusu var. Çalışırıq ki, birlikdə bunu aradan qaldıraq. "Sabah"la oyun bizim üçün çox önəmli idi. Düzdü, faciə baş verməyib. Amma ən azından bu psixoloji durumu pik nöqtəyə çatdırmaq üçün bu cür oyunları udmağa başlamalıyıq. Onlar da insandır, onlar üçün də çətindir. İndiki problem xal itirmək qorxusudur. Bunu aradan qaldırmalıyıq”.
Sonda Abasov qapı mövqeyindəki rəqabətdən danışıb: “Emil Balayev ağır zədədən çıxıb. Özü də bir yox, iki zədədən. Onun üçün bərpa dövrüdür. Köməkçilərimlə tam hiss etsək ki, Emil psixoloji olaraq hazırdır, o da şans qazanacaq. Amma bu gün hamısına şans verək deyə, təhlükəyə də ata bilmərik. Futbolçular tam hazır olsun, digər matçlarda görəcəyik”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- "Sumqayıt"dan növbəti transfer
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya məğlub oldu
-
17:28
Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
-
17:14
“Birbaşa Bakı”nın məqsədi təkcə titulu geri qaytarmaq yox, həm də hələ də ən güclü olduğunu sübut etməkdir”
-
16:57
10 komandaya texniki məğlubiyyət verildi
-
16:42
AFFA-dan "Səbail"in prezidentinə 4 oyunluq cəza
-
16:35
"Qarabağ" 6 min manat cərimələndi
-
16:29
Ribeyro 2 oyunluq cəzalandı
-
16:00
Daha 3 komanda 1/8 fnalda
-
15:51
Mehdi Cənnətov: “İki dəfə hesabda geri düşsək də...”
-
14:46
Boksçularımlzln 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
-
13:00
İspaniya klubunda baş məşqçi istefası
-
12:30
DÇ: U-15 millimiz Çiliyə məğlub oldu
-
12:14
“Zirə”nin kapitanı: “İstəyirdik ki, 90 dəqiqə ərzində oyunu bitirək”
-
11:58
FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub
-
11:36
Dünya Atletikasının dəstəyi ilə Bakıda məşqçilər üçün seminar başlayıb
-
11:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:45
"Arsenal"dan kuboka erkən vida VİDEO
-
10:22
Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
-
10:09
Cəlal oynadı, komandası liderliyə yüksəldi
-
09:51
Mahirin komandası penaltilərlə mərhələ adladı
-
09:30
“Qarabağ” Abbasla vidalaşdı
-
09:20
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununa çıxır
-
23:47
"Zirə" penaltilər seriyasında sevindi VİDEO
-
23:28
Rəşad Sadıqov: “Bu çətin dövrü uğurla geridə qoyacağıq”
-
22:59
"Araz=Naxçıvan"dan darmadağın VİDEO
-
22:31
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
-
22:00
Yeton Bekiri qələbəni şərh etdi
-
21:14
"Sumqayıt"dan 11 qollu qələbə VİDEO
-
20:48
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
-
19:52
Bakıda cüdo üzrə şəhər birinciliyi keçirilib
-
19:25
Azərbaycan Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
-
18:16
"Araz-Naxçıvan"dan uğurlu start
-
17:43
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
-
17:07
Bakıda Braziliya ciu-citsusu üzrə açıq turnir keçirilib
-
16:39
“Sumqayıt” “Mehdi Hüseynzadə”yə nə vaxt qayıdır?
-
16:18
"Çempionlarla bir ay" layihəsi çərçivəsində gənc şahmatçılar üçün "ustad dərsləri" keçirilib
-
16:00
"Qarabağ"ın qapıçısı Bosniya və Herseqovina millisinə çağırıldı
-
15:51
Azərbaycan ilin ən yaxşı minifutbolçusu müəyyənləşdi
-
15:44
Azərbaycan çempionatının püşkü atıldı
-
15:32
Minifutbol üzrə ölkə çempionatın 12 komanda yarışacaq
-
15:25
Orxan Məmmədov: "Çempionat güclü olmasa, milli stabil çıxış edə bilməz"
-
14:56
Azərbaycan Super Liqası: II turun oyunlarının vaxtı açıqlanıb
-
14:13
Sabiq “Qarabağ”lı: “Sevilya” ilə hər şey razılaşdırılmışdı”
-
13:39
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafatçıları bəlli olub
-
13:01
DÇ: İki qadın güləşçimiz məğlub olub, İslam Abbasov medal şansını itirib
-
12:44
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:27
Millimiz son oyununda qalib gəldi
-
11:58
"Gəncə"nin yeni baş məşqçisi açıqlandı
-
11:32
“Qarabağ” - “Dinamo” oyununun biletləri satışda
28.10.2026
27.10.2026
























