3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

Kurban Berdıyevdən qələbə şərhi

"İki fərqli hissə izlədik. "Zirə" ilə ilk hissədə pis oynadıqsa, ikinci hissə əvəzetmələrdən sonra yaxşı oynamışdıq. Bu dəfə tam əksi oldu. Səbəbini axtaracağıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Premyer Liqasının 10-cu turunun "Sumqayıt"la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Komandanın müdafiə planında zəiflədiyini düşünürsünüz?

- Yalnız müdafiəni götürmək olmaz. Müdafiə bütün komanda deməkdir. Burada da problemlər var idi.

- Birdən-birə 4 əvəzetməni niyə etdiz?

- Bir az yeniləmək istədik. Rəqib boşluqlar tapırdı. Buna görə əvəzetmələr etdik. Təəssüf ki, düşündüyümüzdən fərqli oldu. Ancaq "Zirə" ilə oyunda məhz bu oyunçular fərq yaradıb, xeyir vermişdilər.

- "Sumqayıt” matça yeni baş məşqçi ilə çıxmışdı. Bu, nəticəyə nə dərəcə təsir etdi?

- "Sumqayıt" haqda danışmayacağam.

- Avqustda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlmişdinizsə, bu dəfə 4 qolluq qələbə qeydə alındı. "Turan Tovuz"un böyüdüyünü hiss edirsiz?

- İki oyunu müqayisə etsək, indi daha müdrik oynamağa başlamışıq. Həm hücumda, həm də müdafiədə belədir. Tovuzda da, burada da ikinci hissənin əvvəlini uduzmuşduq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31