Ölkə futbolu
Azarkeşlər Samir Abasovun təyinatını müsbət qarşılayıb: “Başqa namizəd görmürdüm”
Roman Qriqorçukla yollarını ayıran “Neftçi” baş məşqçi vəzifəsinə Samir Abasovu gətirdi. 2020/2021 mövsümündə 8 illik fasilədən sonra flaqmanı çempionluğa daşıyan 46 yaşlı mütəxəssisin komandaya qayıdışı birmənalı qarşılanmadı. Bu təyinata sevinənlər də oldu, mənfi reaksiya verənlər də. Təyinatı müsbət qarşılamayanların əksəriyyəti bunu Samir Abasovun məşqçilik bacarığından daha çox onun “Neftçi” azarkeşləri ilə yaşadığı problemlə əlaqələndirdilər. Bəs görəsən, azarkeşlərin Samir Abasovun qayıdışına reaksiyası necədir?
Nəinki “Neftçi”nin, ümumilikdə ölkənin 1 nömrəli fanat qrupu olan “Forza Neftçi” Abasovun qayıdışını müsbət qarşılayıb.
Futbolxeber.az saytının məsələ ilə bağlı sorğusuna fanat qrupunun cavabı belə oldu: “Samir Abasov Azərbaycan səviyyəsində öz məşqçilik bacarığını sübut edib. Onun bu xüsusiyyətinə hər hansı şübhəmiz yoxdur. Komanda daxilindəki ab-havanı düzəldə bilsə, üslubunu aşılaya bilsə, uğurlu nəticələr qazana bilər. Bizim də ondan tək istəyimiz komandanı bu vəziyyətdən çıxarması və uğur qazandırmasıdır. Özünün də bildirdiyi kimi, "Neftçi"də vaxt yoxdur, qısa zamanda vəziyyətin müsbətə dəyişməsi üçün "Forza Neftçi" də ona və komandaya dəstəyini göstərəcəkdir”.
Tək “Forza” ilə kifayətlənməyib, sosial şəbəkələrdə fəallığı ilə seçilən daha bir neçə “Neftçi” fanatının da fikirlərini öyrəndik.
Səxavət Nazimoğlunun da fikrincə, yerli azarkeşlər arasında “Neftçi”nin baş məşqçi postuna ən yaxşı namizəd məhz Samir Abasov idi: “Mən ondan başqa namizəd görmürdüm. İnşallah ikinci gəlişi də xeyirli-uğurlu olar. Həm də inanırıq ki, ilk təyinatı zamanı yaşanan problemlər bir daha təkrarlanmaz”.
Cavid Əmirov hesab edir ki, Samir Abasov uzun müddət “Neftçi”ni alışdıra bilər: “Bizim futbolda tez-tez məşqçi dəyişikliyi effekt vermir. Buna görə də Samir Abasovun həm yaşı, həm yerli olması, həm “Neftçi” və Azərbaycan futbolunu yaxından tanıması, prinsipiallığı, futbolçuları motivasiya edə bilməsi onun lehinədir”.
Elnur Şərifli də Samir Abasovun qayıdışına müsbət yanaşanlar sırasındadır: “Ona görə ki, Samir Abasov futbolçularla çox açıq və yaxın münasibət qurur. Digər məşqçilər kimi özünü yuxarıdan aparıb eqosunu göstərmir. Hər şeyi açıq danışır. Futbolçu öz komandasını ailə kimi görməsə, uğursuzluq qaçılmazdır. Bunun ən gözəl misalı Qriqorçukdur. Emindən kapitanlığı alıb komandanı xaosa sürüklədi. Samir Abasovun işi hazırda çox ağırdır. Ancaq fikrimcə, o, bu vəziyyətdən uğurla çıxacaq. Bu mövsüm çempionatı fəda etmək olar, ancaq kuboku götürə bilsək, bu, çempionluğa bərabər olacaq”.
Səməd Kərimlinin fikrincə, hazırkı məqamda ən ideal seçim elə Samir Abasov idi: “Bir çox azarkeş kimi, mənim də istəyim yerli məşqçidən yana idi. Roman Qriqorçuk gedən gündən deyirdim ki, öncəliyim Samir Abasovdur. Düzdür, keçmişdə azarkeşlərlə Abasov arasında narazılıq yaranmışdı. Həmin oyunda mən də tribunada idim. Lakin bildiyim qədər bu məsələ çoxdan həll edilib”.
Göründüyü kimi, “Neftçi” azarkeşlərinin əksəri Samir Abasovun qayıdışını müsbət qarşılayıb. İndi qalır 46 yaşlı mütəxəssisin həmin etimadı doğrultması...
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























