Ölkə futbolu
Samir Abasov: “Çox xoşbəxtəm ki, “Neftçi”yə qayıtmışam”
“Hisslərimi ifadə etmək çox çətindir. Elə bil ki, heç burdan getməmişdim. Düzdür, indi komandanın bazası başqadır. Amma ab-hava eyni olaraq qalır”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri yenidən “Neftçi”nin baş məşqçi vəzifəsinə qayıdan Samir Abasov deyib.
Klubun televiziyasına danışan təcrübəli mütəxəssis “Neftçi”yə qayıtdığı üçün xoşbəxt olduğunu bildirib: “Böyük komandanın böyük təzyiqi - bu fikirlərlə bura gəlmişdik. Bu da eyni olaraq qalır. Heç getməmiş kimi qayıtmışıq. Qayıdanda da o qədər rahat idi ki... Öz evimizə, öz tanıdığımız yerə qayıdırıq. Mənim vaxtımdan burda qalan insanların xoş münasibət göstərməsi... bütün bunları sözlə ifadə etmək çətindir. Çox xoşbəxtəm ki, bura qayıtmışam”.
S.Abasov hədəflərinin yüksək olduğunu vurğulayıb: “Neftçi”nin böyüklüyündən danışmaq artıqdır. Bunu hamı bilir. Klub necə böyükdürsə, o cür də böyük azarkeşi var. Məşqçi kim olursa olsun, komandanın hədəfləri həmişə böyük olur. Baxmayaraq ki, indi sözün əsl mənasında çətin durumdayıq. Amma bizim hədəflərimiz də, klubun hədəfləri də həmişə yüksək olub. Məşqçilər də klubun hədəfinə uyğun gətirilib. Həmin məşqçilərin uğurlu olub-olmaması artıq başqa mövzudur. Amma biz özümüz də bura gələndə nəyə görə gəldiyimizi bilirik. Görülən işlər də göstərir ki, klubun hədəfinə çatması üçün hər şey edilir. Bütün bunları çox yaxşı anlayırıq. Hədəflərimiz yüksəkdir”.
46 yaşlı məşqçi “Neftçi”də görülən işlərin qarşılığında ən pik hədəflərə çatmağa çalışacaqlarını vurğulayıb: “Məşqçidən asılı olmayaraq klubun hədəfləri hər zaman yüksək olub. Çünki görülən iş bunu tələb edir. Yenilənən bir “Nefyçi”yə gəlmişik. Bugünkü gündə dəyişikliklərdən danışmaq tezdir. 1-2 günə, 2-3 oyun kardinal dəyişikliklər etmək özü bir riskdir. Çünki futbolçular da insandırlar. Onlara da yeni məşqçiyə, yeni ideyalara adaptasiya olmaq üçün vaxt lazımdır. Amma vaxt deyəndə istəyirəm bu da düz yozulsun, dəyişikliklər, əlbəttə, olacaq. İnanıram ki, dəyişikliklər müsbət tərəfə olacaq”.
O, ilk məşqdə gördüklərindən razılığını ifadə edib: “Dünənki birinci məşqdən sonra həddindən artıq yaxşı emosiyalarla getdim. Çünki futbolçularda yüksək əhval ruhiyyə gördüm. İnanıram ki, dediklərimizi də oyunçular tezliklə qavrayacaq və ən yaxşısını meydançada görəcəyik. İşlədiyim yerdən asılı olmayaraq futbolçulardan gözləntilərim həmişə yüksək olub. Qarşıya qoyulan məqsəd nədirsə, mən də buna çatmaqda futbolçulara yardımçı olmağa çalışmışam”.
Sonda Samir Abasov “Neftçi” azarkeşlərinə səslənib: “Neftçi” kimi klubda zamandan danışmaq yersiz olar. Bugünkü məqsədimiz bacardığımız qədər tez bu situasiyadan çıxmaqdır. Böyük klubun böyük azarkeşi olur. “Neftçi”də doğrudan da böyük azarkeş qrupu var. Qrupdan da əlavə, ürəyi “Neftçi” ilə döyünən insanlar var. Mən baş məşqçi kimi yox, futbolçu kimi onlara səslənmək istəyirəm. Bizim çox yaxşı futbolçularımız var. Hansı ki, onlarla danışanda görünür ki, azarkeşlərin dəstəyinə ehtiyacları var. Çox xahiş edirəm, dəstəyinizi onlardan əsirgəməyin. Futbolçulara dəstək olun. Onlar çox yaxşı işlər bacaraqlar”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
-
15:13
Azərbaycan komandası TeamGym üzrə Avropa çempionatında finala vəsiqə qazanıb
-
14:48
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
-
14:32
İtaliya klubunda yeni baş məşqçi
-
13:54
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək
-
13:00
Futzal millimizin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
-
12:47
Azərbaycan klubu braziliyalı legionerlə güclənib
-
12:25
Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edəcək
-
11:56
"Qarabağ" "Neftçi" ilə oyuna hazırlaşır FOTOLENT
-
11:31
Azərbaycan kayakçı və kanoeçiləri beynəlxalq yarışda 4 medal qazanıblar
-
11:09
“Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
-
10:43
"Mançester Siti" - PSJ matçında 6 qol VİDEO
-
10:28
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:14
"Aston Villa" "Fənərbaxça"nı darmadağın etdi VİDEO
-
09:52
DÇ: Günay Qurbanova finalda, Ruslan Nurullayev bürünc medal qazanıb
-
09:30
9 qolluq oyunda "Liverpul" qalib gəldi VİDEO
-
18:25
“Dinamo” - “Kür-Araz” matçında 4 penalti, 10 qol VİDEO
-
17:46
Türkiyə klubunda yeni baş məşqçi
-
16:51
"Kür"ün növbəti rəqibi bəlli olub
-
16:03
Boks millimiz Avropa çempionatında üçüncü yeri tutub
-
15:34
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
-
14:27
Bakıdakı dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
-
13:40
DÇ: Minifutbol millimiz BƏƏ-ni məğlub etdi
-
13:12
Futzal millimizin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
-
12:58
Qadın güləşi millimizin üzvləri Qazaxıstana yollanıblar
-
12:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:09
Asim Xudiyev UEFA Region Kubokunun oyunlarına təyinat alıb
-
11:46
"Atletiko" "Mançester Yunayted"i məğlub etdi VİDEO
-
11:23
ABŞ səfirliyi Azərbaycan cüdoçularını dünya çempionatında uğurlu çıxışa görə təbrik edib
-
10:54
"Lans" öz meydanında "Sportinq"lə bacarmadı VİDEO
-
10:31
Güləşçimiz dünya çempionatında gümüş medal qazanıb
-
10:17
"Qalatasaray" - "Barselona" matçında 5 qol VİDEO
-
10:00
Millimiz “Antalyaspor”a qalib gəlib
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
15.10.2026
14.10.2026
13.10.2026
























